Yunqun araşdırmaları insanın maddi və indiki yönü ilə məh- dudlaşmır, şüursuzluq sərhədlərini aşaraq qədim dövrlərin dərin- liklərinə varır. Tədqiqat metodu kliniki praktiki, psixoanalitik (Yunqun öz təbiri ilə desək, analitik psixoloji), fenomenoloji, mi- foloji metodların sintezini əsərlərində görmək olar. Mövzunun miqyasına gəlincə, əsas hədəfi insan ruhunun daha geniş tədqiqi (Özü bunu belə ifadə edir: Məni ən çox maraqlandıran və tədqi- qata sövq edən amil “Ruhi xəstələrin daxilində əslində, nə baş verir?” sualına cavab tapmaq idi) olsa da (Yunq, 1371, səh.124), din, etika, mif və sair mövzular da diqqət mərkəzində olmuşdur. Elmi nailiyyətlər baxımından onun din, kollektiv şüursuzluq60, arxetiplər, kimyagərliklə din arasındakı əlaqə, psixi Allah, dinin mənalılığı və şəfa bəxş ediciliyi mövzuları ilə bağlı çox mühüm görüşləri ümumilikdə dinə müsbət və dərin baxışdan xəbər verir. Bütün bunlara baxmayaraq, Yunqun din haqqındakı görüşləri tənqidlərə məruz qalmışdır. Həmin tənqidləri konkretləşdirərək aşağıda qeyd edirik:
Yunqun fəlsəfi görüşləri Kantın fəlsəfəsinə əsaslanır. O, subyektiv fenomenlərdən kənar reallıqlara nüfuz edilməsinə şübhə ilə yanaşır: “Yunq ilkin görüşlərində Kant fəlsəfəsinə əsaslansa da, Kantan daha radikal mövqe tutur. Kant və Yunq, hər ikisi me- tafizik elmin varlığının mümkünlüyünü inkar edir. Lakin Alman
60 Yunqun kollektiv şüursuzluq ideyası (müəyyən fərqlərlə) ilə İslam mədəniyyətin- dəki fitrət anlayışı, İslam mistikasındakı “sirr və sirrin sirri” mövzusu arasında bən- zərliklər var. Bu mövzuların tədqiqi və müqayisəsi xüsusi bir araşdırma tələb edir.
filosofu metafizikanın boş qalmış yerini əməli idrakın təkzibedil- məz qanunları ilə doldurmuşdur. Allahın mövcudluğu və ruhun ruhaniliyi Kant etikasının başlanğıc nöqtəsidir. Yunqun qeyd-şərt- siz bir varlığa müraciət etmədən etikanın nisbilik ideyasına əsas- landığı güman edilsə də, bu belə deyil. Doğrudur, Allahla insan bir-birlərinə sıx bağlıdırlar, lakin bu görüş Yunq üçün səciyyəvi deyil. Çünki o, dinə yalnız psixoloji yöndən yanaşır və təcrübə çərçivəsindən kənara çıxa bilmir. Yunq bildirir ki, bizim, ümumiy- yətlə, Mütləq Allahla işimiz yoxdur, bizi real olan psixoloji Allah maraqlandırır. Məhz bu cəhətdən də Yunqun ideyası yetərsiz və natamam qalır. Psixologiya elmi metafzik olmadan natamamdır. Din psixologiyası ilə dini fəaliyyətin əsas məqsədi olan Allah ara- sında əlaqə olduğunu sübuta yetirməyə çalışan psixologiya metafi- zik elm olmadan yetərsizdir (Antonio Morno, 1376, səh.132).
Con Makquari Yunqun nəzəriyyəsini dinin naturalist izahı kateqoriyasına aid edir, hətta onun aqnostist olduğunu və Allaha inanmadığını da qeyd edir: “Yunqun baxışı ilə reallığın son ma- hiyyətinin izahedilməz olduğunu iddia edən Kant aqnostisizmi arasında bənzərlik var... Bundan əlavə, Yunqun baxış bucağı Freyddə olduğu kimi naturalist baxış bucağıdır və ya ən azı onun ifadə etdiyi məzmunlardan birinə malikdir. Yunq naturalizmə ana- litik kimi baxmır. O, mahiyyətindən asılı olmayaraq, ruhun özün- dən başqa bir şeylə izah edilə biləcəyini açıq şəkildə inkar edir. Amma digər tərəfdən, öz baxışları ilə monoteist metafizika arasın- da hər hansı bir yaxınlığın olduğunu inkar edir. Yunq metafizika- nın inkarına əsasən, həmçinin, Kant fəlsəfəsinin təsiri altında Allah varlığının təcrübədən kənar bir reallıq kimi izah edilə bilmə- diyini, psixoloji cəhətdən sübuta yetə bilmədiyini düşünür. Allah psixoloji bir reallıq kimi dərk edilə bilər, amma Onun daha trans- sendental gercəkliyə malik olması inancı sübuta yetmir. Yunqun bu mövzu ilə bağlı fikrini onun ölümündən bir neçə ay əvvəl tele- viziyada verdiyi müsahibə əsasında izah etmək olar. Ondan “Siz özünüz Allaha inanırsınızmı?” deyə soruşulduqda belə cavab ver- mişdi: “İnanmıram, amma onu tanıyıram.” Yunq hesab edirdi ki, din ruhun həyatındakı təbii bir ünsürdür. Dinin həqiqətləri metafi- ziki obyektiv həqiqətlər deyil, həyat reallıqları hesab olunur.”
(Makquari, 1387, səh.165-166).
Mornonun Yunq haqqındakı iradları (Kantın fikirlərinə əsaslanması ilə bağlı) yerli görünsə də, Makquarin Yunqun fikirlə- rindən əldə etdiyi nəticələr və izahlar yanlışdır. Yunqu tam bir na- turalist hesab etmək və ona qarşı aqnostisizim ittihamı irəli sür- mək düzgün deyil. Çünki Yunq öz mövqeyini belə izah edir: “Din psixoloji yönə diqqət çəkəcək dərəcəyə malik olduğu üçün mən mövzunu praktiki yöndən araşdırıram. Yəni yalnız müşahidə edi- lənlərə əsaslanıram, istənilən metafizik və ya fəlsəfi fikirdən uzaq durmağa çalışıram. Əlbəttə, bu mülahizələrin etibarlılığını da in- kar etmirəm, sadəcə mənim onlar haqqında lazım olduğu səviyyə- də müzakirə aparmaq səlahiyyətim olmadığını düşünürəm.” (Yunq, 1370, səh.2).
Yunq tədqiqatını dinin psixoloji yönləri ilə məhdudlaşdır- mışdır, amma buna baxmayaraq, fəlsəfi konsepsiayaların da eti- barlılığını inkar etməmişdir. Buna görə də Martin Buber Yunqun tənqidçilərindən olmasına baxmayaraq, onun haqqında belə yazır: “Yunqu yarımdini araşdırmalarına görə məzəmmət etmək olmaz. Çünki o, açıq şəkildə bildirir ki, psixoloji sistem üçün müəyyən et- diyi sərhədlərdən kənara addım atmaq istəmir.” (Buber, 1370, səh.100). İkincisi, Yunqun BBC-yə verdiyi müsahibənin tərcümə- si və şərhi də düzgün deyil. Çünki onun həmin verilişdə işlətdiyi cümlə belədir: “Mən inanmaq üçün bir lüzum görmürəm, mən Onu tanıyıram.”61 (Kliforda istinadən, 1986, c.12, səh.78). Yunq burada bir növ həmişə diqqət mərkəzində saxladığı intuitiv dərk və tanımanı nəzərdə tutmuşdur. Allahın varlığının dini təcrübəsini hələ uşaqlıq dövrlərindən başlayaraq vasitəsiz təcrübə hesab et- mişdir. Əlbəttə, onun bəzən səsləndirdiyi təzadlı fikirlərin səbəbini Kantın təsiri ilə izah etmək olar. Təcrübəsinin şahidi olduğu halda, müşahidələrini rasional təlimlər və inanclar qəlibində təqdim et-
61 Müsahibənin orijinalındakı cümlə belədr: “I dont have to believe, I know.” - Mən inanmıram ki, mən tanıyıram. İnamın tanıma və bilməyə əsaslandığını nəzərə alsaq, əs- lində onun bu cavabı sadə, sadə göründüyü qədər də düşündürücüdür. Yunqun əsər- lərində mistik hallardan söhbət açdığı məqamlara nəzər salsaq, onun inamın təlqin deyil, birbaşa tanıma və hiss etmədə, ruhun dərinliklərində daha güclü olduğunu qəbul etdiyni görə bilərik. Arxetiplər, kollektiv şüursuzluq da bunu deməyə əsas verir.
mək istədikdə qeyri-müəyyənliyə və tərəddüdə məruz qalmışdır. Nümunə üçün bir fakta baxaq: “... Parapsixologiyada ölülərin var- lığı (istər ruh formasında olsun, istərsə də hər hansı bir vasitə ilə), həmçinin yalnız onlara məlum olan şeyləri daşımaları ölümdən sonrakı həyatın mövcudluğunun elmi sübutu hesab edilir. Bu cür etibarlı məlumatların olmasına baxmayaraq, xəyalətin və ya səsin ölən şəxsin özü və ya proeksiyası olması, müşahidə edilənlərin ölən şəxsə, yoxsa şüursuzluğa aid olan bir bilgi olması hələ də problem olaraq qalmaqdadır.” (Yunq, 1371, səh.309).
Yunqun bu iradı ilə bağlı belə bir sual yaranır: “Bilgi yalnız ölən şəxsə aid olduğu halda, proeksiyanın və ya şüursuz bilginin nəticəsi necə ola bilər?” Hər halda, bu fakt ölən adamın ruhu ilə ən azı bir əlaqə olduğundan (ölümdən sonrakı həyatın sübutu) xəbər verir. Sonda Palmer (1997, səh.172) bildirir ki, bu tənqidi sualla- rın Yunq tərəfindən aydın şəkildə cavablandırılması lazımdır: “Allahın insan psixologiyasının bir hissəsi, yoxsa müstəqil bir var- lıq olduğunu düşünür? Psixoloji dini təcrübəni insanın öz ruhu ya- radıb, təsdiq edir, yoxsa o, psixoloji vəziyyətin ekvivalenti yox, ruhumuzdan kənarda mövcud olan obyektiv ilahi aləmə bir cavab- dır?” (Yunqun ikibaşlı sözləri fəzanı qeyri-müəyyənlik və toz- dumanla doldurmuşdur).
Yunqu tənqid hədəfinə çevirən fikirlərdən biri onun dini psixoloji bir kateqoriya səviyyəsinə endirməsidir. Erik From bu barədə belə yazır: “Yunq dini psixoloji bir fenomen səviyyəsinə qədər endirir, halbuki şüursuzluğu dini fenomen səviyyəsində yüksəyə qaldırır.” (From, 1363, səh.31). Yunq haqqında Palmer də təxminən eyni fikri bildirir, onun psixoloji analizini dini tam bir subyektiv fenomen səviyyəsinə endirən “psixologizm”in mini- mallaşdırıcı forması hesab edir. (Palmer, 1997, səh.167).
Reduksionizmi Yunqa aid etmək bəlkə də düzgün deyil62. Çünki reduksionizmə görə, dinin obyektiv reallığını və onun Allah subyektini inkar etməli, Freyd kimi insan varlığında yalnız psixo- loji fenomenin olduğunu qəbul etməliyik. Halbuki, Yunq açıq şə-
62 Reduksiya - mürəkkəb bir prosesin sadə prosesə keçməsi və ya keçirilməsi. Pzix. Dini bütün cəhətləri və yönləri ilə birlikdə ümumi bir fenomen kimi nəzərdə tutan, onu sırf psixoloji bir hadisə səviyyəsinə endirən baxış bucağı.
kildə etiraf edir ki, metafizik reallığı, onun fəlsəfi tədqiqini və eti- barını inkar etmir (Yunq, 1370, səh.2), Rudolf Ottonun din haq- qındakı tərifinə istinad edərək dini müqəddəs və parlaq bir nəsnə ilə qarşılaşma hesab edir (Yunq, 1370, səh.6), təlim, ibadət və ayinlərin ilahi səbəbə imandan asılı olduğunu açıq şəkildə elan edir (Yunq, 1370, səh.7).
Yunq dinin metafizik və obyektiv reallığını əsla inkar etmə- mişdir. Ona maksimum bir məsələdə irad tutmaq olar ki, yalnız bir psixoloq mövqeyindən çıxış edərək, dinlə bağlı metafizik mühaki- mə yürütmək səlahiyyətinə malik olmadığını bildirmişdir (Yunq, 1370, səh.2). O, mövqeyini aydın şəkildə belə ifadə edir: “Mən nevroloji və ruhi xəstəliklər üzrə mütəxəssis və həkim olduğum üçün tədqiqatımın əsasını bir məsələyə xas olan xüsusiyyətlər de- yil, bəzi amillərin ümumi təsirinə məruz qalan dindar insanın psi- xologiyası təşkil edir.” (Yunq, 1370, səh.11). Başqa sözlə desək, o, dinə filosof və ya sxolast mövqeyindən yanaşmadığı üçün onu psoxologizmin reduksionist forması ilə ittiham etmək olmaz. Re- duksionizmi filosof və ya sxolast mövqeyindən çıxış edərək dini bütün cəhətləri və yönləri ilə birlikdə ümumi bir fenomen kimi nə- zərdə tutan, onu sırf psixoloji bir hadisə səviyyəsinə endirən ada- ma aid etmək olar. Dinin xarici reallığını tamamilə inkar edən Fe- yerbaxı və Freydi buna misal göstərmək olar. Halbuki, Allahla va- sitəsiz təcrübədən, Allaha dua etməkdən və sairədən danışan Yunq kimi bir şəxs haqqında belə bir qənaətə gəlmək doğru deyil. Əgər bir həkim “dini inancların xəstənin ürək döyüntülərinə, tənəffüs və bioəlaqəsinə təsirini müəyyən etmək istəyirəm” deyərsə, onu re- duksionist adlandırmaq olarmı? Hətta Yunq materialistləri açıq şə- kildə tənqid edir, reduksionizmi və psixologizmi qəbul etmir: “Əgər ruhun varlığının inkarının tarixi təkamülü (əksolmaların in- sanın özünə qaytarılması) keçmişdəki kimi davam edərsə, bizim ruhumuzun xaricindəki ilahi və şeytani yönə malik olan bütün nəsnələr ruhiyyəyə, yəni zahirən həmin təcəssümlərin mənşəyi olan məchul insanın daxili aləminə qayıtmalıdır. Materialistlərin birinci səhvi qaçılmaz idi. Onlar qalaktikalar arasında Allahın yerini tapmadıqları üçün belə nəticəyə gəldilər ki, Allah yoxdur. İkinci qaçılmaz səhv psixoloji ifadələrə ifrat müraciətlərə əsas-
lanırdı. Onlar iddia edirdilər ki, Allah bəzi maraqların güc əldə etmək istəyinin və ya təzyiq altında olan cinsi meyllərin meydana gətirdiyi bir uydurmasıdır.” (Yunq, 1370, səh.172).
“Əgər müşahidələrimin bir növ Allahın varlığını sübut etdi- yini təsəvvür edərəmsə, təəssüf doğuran səhvə yol vermiş olaram. Onları sübut edəcək yeganə şey “Allahın təsviri” arxetipinin olma- sıdır. Psixoloji yöndən Allah haqqında bundan artıq bir söz deyilə biləcəyini güman etmirəm. Bu arxetip çox mühüm və qyeri-adi tə- sirə malik olduğu üçün onun özünü tez-tez büruzə verməsi ilahi- təbii fəlsəfə aspektindən çox əhəmiyyətlidir. Bu arxetipin təzahürü psixi vəziyyətlərdə “müqəddəs və parlaq” səciyyə daşıdığı üçün onu dini təcrübələr silsiləsinə aid etmək lazımdır.” (Yunq, 1370, səh.144-145). Sonda onu deyə bilərik ki, Yunq din psixologiyasın- dan dini təcrübə və dinin obyektiv reallığına bir vasitə, bir körpü kimi istifadə etmişdir.
Yunqun kütləvü şüursuzluğun kəşfi və din psixologiya- sının bazisi kimi arxetip nəzəriyyəsini müəyyən etmə metodologi- yası da tənqid hədəfinə tuş gəlmişdir. Tənqidlərə keçməzdən əvvəl onun öz metodologiyası ilə bağlı bildirdiyi fikirləri qeyd edirik: “Analitik psixologiya təbii elmlər kateqoriyasına aiddir. Amma di- gər elmlərlə müqayisədə individual təəssüblərə daha çox məruz qalmışdır. Buna görə də psixoloq mühakimələrində səhvə yol verməmək üçün tarixi və ədəbi faktları son dərəcə diqqətlə nəzər- dən keçirməlidir. Bu üzdən də kimyagərliklə qarşılaşmaq mənim üçün həyati əhəmiyyət kəsb etdi. Bu sahə vasitəsilə həmin vaxta qədər malik olmadığım təməllərə sahib oldum... Çox tez bir za- manda anladım ki, analitik psixologiya kimyagərliklə heyrətamiz şəkildə uyğunluq təşkil edir. Kimyagərlərin təcrübələri mənim təc- rübələrim, dünyaları isə mənim dünyamla eyni idi. Arxetiplər və arxetipin təbiəti mənim tədqiqatlarımda başlıca yer tutdu, mənə məlum oldu ki, tarix olmadan psixologiya və şüursuzluq psixolo- giyası mövcud ola bilməz. Şüurluluq psixologiyasında individual həyatdan əldə edilən mövzularla kifayətlənmək olar. Lakin məhz nevroloji tədqiqatlarda şüurluluqdan irəli gələn daha dərin xatirə- lərə ehtiyac var. Müalicə prosesində qeyri-adi qərarlar qəbul et- mək zəruri olduğu zaman elə yuxular baş verir ki, yozumları üçün
individual xatirələrdən daha artıq vasitələrə ehtiyac duyulur.” (Yunq, 1371, səh. 207 və 212). Yunq yuxuları yozmaq və təhlil et- mək üçün kimyagərlikdən istifadə etmiş, kimyagərliyə aid çoxlu sayda əlyazma əsərlər oxumuş, xəstələrin yuxularını dəqiq araşdır- mış və belə bir nəticəyə gəlmişdir ki, kimyagərlərin təsvirləri ilə yuxulardakı təsvirlər arasında çox böyük uyğunluq, eyni zamanda bu ikisi ilə dini simvollar arasında oxşarlıq var. O, bu təsvirlərin müxtəlif xalqlar və ayrı-ayrı dövrlər üçün ortaq səciyyə daşıdığını müəyyən edərək onları arxetiplər adlandırmışdır. “Psixologiya və kimyagərlik” əsərində (1373, Fəramərzinin tərcüməsi) 238 arxetip araşdıraraq təhlil etmişdir. “Dörd arxetip”, “Ana”, “Təkrar do- ğum”, “Ruh” və “Kələkbaz” kimi başqa əsərlərdə (1368, Fəramər- zinin tərcüməsi) yalnız həmin dörd arxetipi araşdırmışdır.
Arqayl (2000, səh.104-105) yazır: “Yunqun əsas kəşfi və ya yeni ideyası bundan ibarətdir ki, spesifik ortaq mövzuları xəstələ- rin yuxularında, bir sıra dinlərdə, dünya miflərində və kimyagərlik elmində müşahidə etmək olar. Ona görə yuxular fərddə müqəddəs- lik hissi oyadan səmavi anlara malikdir. Bu yuxu anları şüursuzluq üçün bir vasitədir, bəzi xəstələr adi təcrübələrdən qaynaqlanmayan ideyalara və yuxulara malikdirlər. Onun metodu xəstələrin yuxula- rını, tarixdə qeyd edilmiş yuxuları, din və mifologiyanı araşdır- maqdan ibarət idi. Kim bu cür yuxulara malikdirsə, bu və ya digər şəkildə ibtidi dinlə tanışlığı varsa və ya hər hansısa bir incəsənət qalereyasına ekskursiya edibsə, bu cür simvolların əslində, ortaq və adi olduğunu təsdiq edər.
Amma Yunq bu simvollardan hansının ümumdünya və ümumi arxetip olduğunu müəyyən etməyimiz üçün bir meyar müəyyən etməmişdir. Onun ideyaları heç bir elmi üsulla sınaqdan keçirilə bilmir. Bu ideyalar din mütəfəkkirləri üçün çox cəlbedici- dir, ibadətlərdə və terapiya dövründə onlardan geniş şəkildə istifa- də edilir. Kirk (1970) qədim dünya və ibtidai insanların əsatirlərini araşdırarkən belə bir nəticəyə gəlmişdir ki, bu mövzular əslində, ümumbəşəri və universal deyil, müşahidə edildikləri zaman kol- lektiv şüursuzluq ehtimalı ilə deyil, digər vasitələrlə izah edilmə- lidir. Bu simvollar insanların anaları, ataları, doğum, ölüm və sair haqqındakı ortaq təcrübələrini əks etdirə və ya mədəniyyət qarı-
şıqlığının nəticəsi ola bilər. Bu cür maraqlı məzmunlara malik yu- xuları danışan xəstələr ehtimal ki, çoxlu sayda kitab oxumuş sa- vadlı şəxslər olmuşlar. Arxetiplərin sayını və nələri simvolizə et- diklərini müəyyən edəcək sistemli bir vasitə yoxdur. Görəsən in- san varlığının əsas məzmunları olan aşiq, həyat yoldaşı, dostlar, qrup, ev, ailə, iş və inkişaf üçün arxetip yoxdurmu? ”
Arqayl başqa bir yerdə (səh.90) bildirir ki, sosial psi-xologi- ya aspektindən Yunqun din haqqındakı görüşü insanların öz təcrü- bələrindən əldə etdiklərindən çox uzaqdır. Yunqun fəaliyyəti elmi psixologiyanın heç bir bölməsinə aid olmasa da, Eliade və həm- karları tərəfindən aparılmış tətbiqi din tədqiqatları vasitəsilə müəyyən dərəcədə təsdiqini tapır. Eliadenin redaktorluq etdyi və bir hissəsini də özünün yazdığı böyük “Din ensiklopediyası” kita- bında təkcə qədim və müasir dövrə aid dini mövzular deyil, ilkin, çox ibtidai və tamamilə fərqli inanclar da yer almışdır. Əlbəttə, adıçəkilən müəllif də bu ortaq dini mövzuların çoxunun humanitar izahını verməmişdir.
Dan Kiopit (1376, səh.106) də Yunqun metodunu çox ciddi şəkildə tənqid etmişdir: “Qeyri-müəyyənlik qalmaqdadır. Yunq elm iddiası edir, amma soruşmaq lazımdır ki, onun kütləvi şüur- suzluq və arxetiplər haqqındakı təlimləri elmi metodun tələblərinə nə dərəcədə cavab verir? Bu təlimlər həqiqətən realdır, yoxsa çox az mübahisə tələb edən cümlələrin mifik izahıdır? Deyir ki, bütün dinlər insanların sosial nailiyyət olduğu və müasir elm sərhəd tanı- madığı üçün istədiyimiz yerləri gəzib müxtəlif mənbələrdən qida- lanmağımız üçün heç bir maneə yoxdur. Yunq bundan artıq bir söz deyirmi?”
Antonio Morno da Yunqun idrak metodunda özünün qeyri- adi şəxsiyyətinin proeksiyasını topladığı məlumatlar silsiləsinə da- xil etməsi davranışını tənqid edir: “Onun oxuduğu kitabların və malik olduğu məlumatların miqyası heyrət doğuracaq dərəcədə böyükdür, bəlkə də Qərbin elmi ənənəsində onun tayı-bərabəri yoxdur. Amma bəzən bu geniş məlumat onun metodunu zay edir. Belə ki, Yunqa problem yarada biləcək mövzuları bir kənara qo- yur və ideyalarını meydana daha yaxşı şəkildə çıxara biləcəyi mövzuları seçir. Yunqun əsərləri real hadisələr, heyrətamiz kəşf
və müşahidələr, fəlsəfi təsəvvürlər, heyrətamiz məlumatlar, özü- nün qeyri-adi şəxsiyyətinin daimi proeksiyalarının sintezindən ibarətdir.” (Morno, səh.1376, səh.136).
Dan Kopitin Yunqun dinlər haqqındakı görüşünü insanın sosial nailiyyəti kimi izah etməsi qəbuledilməzdir. Yunqun din haqqındakı fikirləri bunu deməyə əsas verir. Amma Yunqun meto- dologiyası ciddi araşdırma tələb edir. Onun metodu fəlsəfi aspekt- dən “din fenomenologiyası” qrupunda yer alır. Bu sahənin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: “fenomenlərin deskrip- tiv63 mahiyyəti, ifrat reduksiya ilə mübarizə, mövzuya diqqət, fe- nomenologiyanın mötərizəyə alınması, substansiyanın müşahi-də- si.” Əlbəttə, fenomenologiyaya çox adam üz tutmuşdur. Yunq Eliade ilə birlikdə din fenomenologiyasını tarixi mənbələr və mü- qəddəs məkanın təcəssümü ilə izah edən, eyni zamanda dini sim- volizmi diqqət mərkəzində saxlayan, yəni dini mifik simvollar və strukturlar əsasında izah etməyə üstünlük verən alimlər sırasında yer almışdır (Eliade, 1375, c.1səh.176-200).
Yunqun fenomenologiyası müşahidə edilə bilən sensual64 reallıqların birbaşa və aydın təsvirini ehtiva edir. Buna görə də illü-ziyalar, yuxular, fantaziyalar, xəyallar, aksioloji65 təcrübələr, inanclar və sairənin nəticələri diqqət mərkəzində olur. Çünki heç bir halda reallıqla (obyektiv aləmdə) uyğunluğa (təfəkkürdə birba- şa məcburi olduqları) ehtiyac duymur. Halbuki, reallığın illüstrasi- yası ruh (idrak) vasitəsilə həyata keçə bilər. Hətta bir çox xəstəlik formalarında reallıq sırf onu yaradan fərd üçün mövcuddur
63Təsviri.
64Duyulan, hiss edilən, qavranılan.
65 Aksiologiya – mədəniyyətin və fəlsəfənin bir istiqaməti olaraq insani dəyərləri öy- rənən elmdir.
Bəşər tarixində bir çox alimlər bizi əhatə edən "faydalı" və "zərərli" olanların təsni- fatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəs- ilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəl- mişdir.
Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür et- dirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün dövrlərdə və şəraitdə nəyin xe- yirli və zərərli olduğunu həmişə anlamışdır.
(Palmer, 1997, səh.167).
Ümumilikdə Yunqun mütaliəsi həddən artıq geniş olduğu, digər tərəfdən isə metodologiyası ilə bağlı yerli tənqidlər bildiril- diyi üçün onun psixoloji görüşləri haqqında qəti mühakimə yürüt- mək olmur. Bunun üçün daha geniş araşdırmalara ehtiyac var. Əl- bəttə, bu nəticə Yunqun xüsusi metoda əsaslanan arxetiplərinə aid- dir. Belə ki, onun digər görüşləri Yunq nəzəriyyəsi kimi öz qüvvə- sində qalır. Hətta bu nəzəriyyənin arxetip aspektindən qəbul edil- mədiyi ehtimal edilsə belə, onu digər aspekltər əsasında təkmilləş- dirmək olar.