Dindarlıq ilk dövrlərdən başlayaraq müasir dövrümüzə qə- dər uzun təkmilləşmə və inkişaf yolu keçmişdir. Buna görə də din- şünaslar dinləri ibtidai, klassik və inkişaf etmiş dinlər olmaqla üç qrupa bölürlər (Nass, 1370, səh.13, Hyum, 1369, səh.17). Dindar- lığın dərk edilməsi ayrı-ayrı dövrlərdə daha çox diqqət çəkən mə- sələlərdən biri olmuşdur. Dindarlığın ilkin formalarını və ona aid olan qaydaları dindarlığın dərk edilməsi üçün ümumi bir prinsip formasında təqdim etmək olmaz. Bu cəhəti diqqətdən qaçırdıqları üçün Freyd kimi psixoloqlar, Dürkeym kimi sosioloqlar səhvə yol vermişlər.
Evans Pritçard (1965) bildirir ki, ibtidai dinə aid olan nəzəriy- yələr müasir dövümüzdə məqbul sayılmaya bilər, amma irəli sürül- dükləri dövrlərdə təfəkkür tarixində mühüm rol ifa etmişlər. Əlbəttə, həmin nəzəriyyələr dövrümüzdə yanlış hesab edilir. O, xüsusilə Cevonsun “Din tarixi” əsəri haqqında belə yazır: “Əsər yanlış və boş-boş yenidənquma və dəyişmələr, təsdiqini tapmayan ehtimal və fərziyyələr, hesablanmamış abstrakt mühakimələr, uy- ğunsuz ön fərziyyələr, təxminlər, müqayisələr və bənzətmələr, anla- şılmazlıqlar, yanlış izahlar toplusundan ibarətdir, xüsusilə tote- mizmlə bağlı yazılanlar tamamilə mənasızdır. Günümüzdə də bu
patoloji cəmiyəti nəzərdə tutaraq, onu keçid və ya böhran dövründə keçmiş adət və ənənələrin fəaliyyət göstərmədiyi və yeni qaydaların yaranmadığı bir vaxtda mövcud qanunsuzluğun duyulması adlandırırdı.
cür ağılsız iddialar var.” (Braun, 1987, səh.110). Əslində, bu yanaş- malar ibtidai dinləri daha mütərəqqi formaların açarı kimi dərk et- məyə çalışan şəxslərin dinə antropolji yöndən yanaşmasını sual al- tına alır. İngilis etnoloqu Teylor, Emil Dürkeym və Ceyms Freyze- rin yanaşmaları bu cür olmuşdur (Bax: Eliade, 1375, səh.109-120).
Eliade “Din ensiklopediyası” ktabında bu araşdırmaları səhv hesab edir, hətta sonrakı antropoloqların tənqidləri haqqında belə yazır: “Sonrakı anropoloqlar rahatlıq axtaran tədqiqatçıların me- todlarını tənqid edərək bildirirlər ki, onlar ikinci dərəcəli və etibarı olmayan məlumatlardan, yoxlanılmamış mənbələrdən, etibarsız müqayisələrdən, təhrif edilmiş təsadüfi modulyasiyalardan (təl- fiq)84 istifadə edir, nadir fenomenlərə əsaslanır və ya qabaqca-dan planlaşdırdıqları nəzəriyyələri təsdiq etmək üçün nümunələr se- çirlər. Elmi və vasitəsiz tədqiqata əsaslanan sonrakı metodları da tənqid edərək bildirirlər ki, onlar keçici və nəzəri səciyyə daşıdıq- ları üçün əbəsdir. Hətta empatik və aktiv müşahidəni romantik bir xülya kimi rədd etmişlər. Yəni bir mədəniyyətin bir neçə ay və ya bir neçə il düzgün hesab edilməsi xülyası qəbuledilməzdir.” (Elia- de, 1375, səh.121).
Dindarlığı düzgün başa düşmək üçün ən azı aşağıdakı cəhət- lərə diqqət yetirmək lazımdır: “Uyğun yanaşma, ənənələr və dini qrupların nəzərə alınması, dindaxili araşdırmaların dinxarici araş- dırmalardan öndə gəlməsi, empatiya və öhdəlik hissi və zaman amilinə diqqət.” Əlbəttə, bunlardan başqa da cəhətlər mövcuddur və növbəti fəsillərdə yeri gəldikcə onlara toxunacağıq.
Dostları ilə paylaş: |