1. Əlaqəli yanaşma
Dindarlığın tədqiqi zamanı dini inancları olan fərdlər, onla- rın inancları və məlumatları, digərlərinin baxışları və reaksiyaları, iddia edilən təcrübələr, dini ənənələr və himayəçi qruplar arasında fərq olduğunu (bu komponentlərin hər birini psixoloji, individual və sosial yönlərdən müəyyən etmək olar) qeyd edərkən bu kompo- nentlər arasında hər zaman qarşılıqlı əlaqə olduğunu da nəzərdən qaçırmamalıyıq. Məsələn, dindar fərdlər dinə müsbət və ya mənfi reaksiya göstərmək, təsəvvürlərində dinlə əlaqəsi olan ictimai mövzuları və motivasiyaları qiymətləndirmək üçün müəyyən ba- xışlardan istifadə edirlər. Müəyyən struktur və formaya malik olan bu reaksiyalar Qərbdə əsasən, mühafizəkar, ehkamçı, despot və ya ortodoksal (pravoslav)75 münasibətlər, Şərqdə isə ənənəvi, intel-
bənzədilməsi ilə təşbeh yaradılmışdır. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq, metafora yaranacaq. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etmək- lə metaforaya çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə yaranan metaforalar bədii ədəbiyyatda çoxluq təşkil edir.
74 Quranda müqəttəə hərflərinin olmasını, Quranın bəzi təmsil məsəllərini, zahir və batininin olmasını, möhkəm və mütəşabeh ayələrə malik olmasını və yozumunun ol- masını buna misal göstərmək olar (Bax: Əllamə Təbatəbai, əl-Mizan təfsiri II cild, səh.376, III cild, səh.20 və səh.67; III cild, səh.23-35, III cild, səh.71-110, XVII cild, səh.4-6).
75 Pravoslavlıq - xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988 ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans imperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarı- na tabe olan müstəqil (avtokefal) pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pra-
lektual, mötədil və sair münasibətlərlə müşayiət olunmuşdur. Bu terminlərin hamısı həm dini, həm də fərdi fikir və mülahizələrə malikdir, eyni zamanda sözügedən baxış meyarlarının individual fərqləri azalda biləcəyi tərəddüdünü də ehtiva edir. Baxışlar və davranışlar arasındakı aşkar uyğunsuzluqlar sırf səhv nəticəsi de- yil. Biz izah oluna bilən çoxlu sayda uyğunsuzluğun olduğunu bi- lirik: “Aşın (1946) izhar edilən baxışların mənbəyinin təsiri və qiymətləndirilməsi ilə bağlı araşdırması ictimai cavablandırmada- kı qeyri-müəyyənliyi dəyərlərin təkmilləşdirilmiş məlumatlar əsa- sında təkrar qiymətləndirərək həll edilə biləcəyini göstərmişdir.” Turston (1954) bu səbəbdən belə qeyd edir: “Fərdin münaqişə mövzusu ilə bağlı söylədikləri və etdikləri tamamilə yerli ola bilər. Eyni zamanda bu iki parametr onun baxışlarını əks etdirərkən ye- tərli həddə olmaya da bilər. Fərdin baxışını, yəni onun münaqişə mövzusu ilə bağlı mövqeyini müəyyən etmək üçün dostlarının hə- min fərdin düşüncələrini azad şəkildə deyə biləcəyinə əmin olduq- ları şəraitdə onunla söhbət etməsi və bu barədə suallar vermələri zəruridir. Kiminsə fikirlərinə istinad etmələri isə yanlışdır.” (Braun, 1987, səh.103-104).
Alport (1935) oxşar nəzəriyyə irəli sürərək yazır: “Fərd tək- cə standart və əmin olduğu cavabı vermir, ən maraqlısı odur ki, öz cavabına sadiqdir. İnsan iki təzadlı baxış bucağına malikdir. Bu baxışların birini o, öz şəxsi həyatı üçün nəzərdə tutur, digərini isə ictimai həyat üçün müəyyən edir və ictimaiyyət qarşısında səda- qətlə izhar edir. Daxili və şəxsi baxışımın xarici və ictimai baxış- dan daha mühüm və daha fundamental olacağına əmin deyiləm. Baxışların hər ikisi səmimiyyətlə seçilə bilər. Baxışlar cümlələr kimi ümumi və xüsusi görüşlərə malik ola, biri digərini əvəz edə bilir, emosional halları və davranış səbəblərini səciyyələndirmir- lər. Bu baxışların ictimai təsirləri var, aid edildikləri ənənə şərtləri
voslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Pravoslavlıqda mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid Allaha etiqad etməlidir. Xris- tian əqidəsinə görə Allah birdir və sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Allahın bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Allahın Ata, Oğul və Müqəd- dəs Ruh olduğu da deyilməkdədir.
ilə uyğunluq təşkil etməyə də bilərlər. Məsələn, uşağın vəftiz76 mərasiminə aparılması hətta mənası başa düşülməsə belə, xristian- lığa daxil olma ənənəsinin yerinə yetirilməsi və ictimai vəzifənin həyata keçməsi kimi qəbul edilir. Vəftiz məra-simindən yayınmaq fərqli fikrə sahib olan valideynin ictimai ənənələrdən uzaqlaşma- sına səbəb ola bilər. Vəftiz mərasiminin kimin razılığının əldə edilməsinə xidmət etməsi məsələsi kilsələr arasında dispersiyaya77 səbəb olan məsələlərdəndir (Braun, 1987, səh.104). Buna görə də Alport hesab edir ki, uyğunlaşdırılma (baxışlar və ya baxışla dav- ranış arasındakı təzadların aradan qaldırılması) baxışlar sırf sosial istifadəyə malik olduğu zaman mümkündür. Bu nüansa diqqət ye- tirmək lazımdır. Festingerin (1957) koqnitiv uyğunsuzluq nəzəriy- yəsini bir cümlə ilə ifadə etmək olar: “İnanc və davranış ünsürləri uyğunluq əlaqəsinə malikdirlər.” Daha geniş izah: 1. Uyğunsuzluq individual bilgilər (inanclar, baxışlar və dəyərlər) və ya bilgi ilə davranış arasında ola bilər; 2. Koqnitiv uyğunsuzluq xoşagəlməz haldır. Fərd onu aradan qaldırmaq üçün təzyiqə məruz qalır; 3. Bu uyğunsuzluğun azaldılması üç mexanizmə əsaslanır: a) Baxış və ya davranış əvəzlənməlidir; b) Başqa uyğun məlumatlar əlavə eidlməlidir. Məsələn, siqaret çəkən şəxs siqaretin zərərinin elə də qəti dəlillərə əsaslanmadığını ifadə edən faktlar əldə etməyə çalı- şır; c) Davranış az əhəmiyyətli kimi qələmə verilməlidir. Məsələn, siqaret çəkməyin elə də əhəmiyyəti yoxdur (Azərbaycani və baş- qalarına istinadən, 1384, səh.170-171).
Koqnitiv uyğunsuzluğun azaldılmasının əsas yollarını aşağ-
76 Vəftiz - (yunanca – suya batırma”) xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi. Vəftiz (xaç suyuna çəkilmə) baptistlərin ən cox diqqət yetirdikləri dini ayinlərdən biridir. Vəftizin həyata keçiril- məsi baptizmin ortaya çıxmasında böyük rol oynamış səbəblərdən biri kimi qəbul edilir. Çünki "baptizm" adı "vəftiz" kəlməsindən meydana gəlib. Baptistləri digər xristian məzhəblərindən fərqləndirən əsas əlamətlərdən biri vəftiz dini ayini ilə bağlı- dır. Baptistlərə görə, uşaqları vəftiz etmək şüursuz varlıqları suya salıb çıxartmaq ki- midir. Onlar uşaqların vəftiz edilməsini qəbul etmirlər. Xristian günahlarının bağış- lanması üçün əvvəlcə İsa Məsihin, bütün insanlığın günahlarının bağışlanması üçün özünü qurban etdiyinə inanmalı və sonra vəftiz olunmalıdır. Baptistlər kiminsə vəftiz olunmadan kilsəyə üzv olunmasını qəbul etmirlər. Onlar eyni zamanda vəftizin Allah ilə insan arasında bir əhd olduğuna inanırlar.
77 Dispersiya - ayrılma, səpilmə, parçalanma.
dakı kimi təsvir edə bilərik:
Baxış və ya davranışın dəyişdirilməsi Uyğun məlumatların əlavə edilməsi
Nəticələrin əhəmiyyətsiz hesab edilməsi = uyğunsuzluğun
azalması
Dindarlığın növ və yönlərinin uyğunluq dəlillərindən biri onlar arasında koqnitiv uyğunsuzluq olduğunu həzm edə bilmə- məyimizdir.
Nəhayət, Braun dini davranışlarla baxışlar və inanclar ara- sında daha çox uyğunluq yaratmaq üçün müəyyən vasitələr nəzər- də tutmuşdur: “Kilsəyə gediş-gəliş qeydiyyatı və davranışlara nə- zarətin xarici qanunlardan asılı olması dini baxışların müəyyən edilməsində yaxşı vasitə hesab edilə bilməz. Amma zahiri dav-ra- nışlara əsaslanan baxışlardan aşağıdakı formalarda istifadə etmək olar:
İctimai təsnifatlar, mövqe və baxışları müəyyən edən
münasibətlərin əsası kimi.
Adətən “Hiss edirəm...” formalı fikirlərin təsdiq və ya təkzibin qiymətləndirici cümlələri kimi.
Gələcək davranışın istiqamətləndirilməsi və ya uyğun ol- duğunu göstərmək üçün keçmiş davranışlara aydınlıq gətirilmə-si.
Qavramanın idarə edilməsi üçün istifadə edilən “Üstün- lük verirəm...”, “Mənə uyğundur...” formalı izahedici cümlələr kimi. Yəni fərdin zəruri baxışı deyil, bir növ istəyini izah edir, qavrayışını formalaşdırır.
İnandırmaq üçün dəyişmək, şahid olmaq və ya özünü başqalarına izah etmək.
Buna görə də baxışlar və davranışlar arasındakı uyğunsuz- luq baxışların son qiymətləndirilməsi ilə müəyyən mənada aradan qalxmışdır (Ayzer, 1980). Kempel bildirir ki, baxışlar aşkara çıx- mazdan əvvəl keçilməsi gərək olan maneələrdir. Bu vasitə kvanti- fiksiya78 və baxış qruparı arasındakı fərqliliyi izah edir. Hətta
78 Kvantifikasiya – keyfiyyətin kəmiyyətlə ifadəsi. Psixoloq fikri izah etmək üçün riyazi hesablamalardan istifadə edir, topladığı məlumatları rəqəmlərlə ifadə edərək əmsallar müəyyənləşdirir və nəticəni həmin əmsallar əsasında apardığı hesablamalar- la izah edir.
kilsələr belə, “Nə qədər adam?”, “Nə qədər pul?” və sair kimi suallar verir, “Fərdlər nə qədər yaxşıdırlar?”, “İmanları nə qədər güclüdür?” kimi suallardan isə çəkinirlər. Bu sualları yalnız onla- rın qiymətləndirmə formasına əsaslanan davranışları ilə cavablan- dırmaq olar (Braun, 1987, səh.104-105).
Dindarlığın dərk edilməsində mühüm olan məsələ uyğun və həmrəy yanaşmanın olmasıdır. Növbəti fəsildə dini qrupların han- sı suallara əsaslandığı, dindarlığın ölçülməsinə nə qədər nail ol- duqları araşdırılmışdır.
Dostları ilə paylaş: |