Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə7/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   2   3   4   5   6   7   8   9   10   ...   68
Din-psixologiyasına-giriş

Holl Stenli (1844-1924) ABŞ-da din psixologiyasının əsası- nı qoymuşdur. İlk başlanğıcda ilahiyyat ixtisasına yiyələnmiş bu alim sonradan ixtisasını psixologiya istiqaməti üzrə dəyişmişdir. O, dinin müasir dünyanın fərdi və ictimai tələblərinə uyğunlaşdı- rılması üçün psixologiyadan bir dini yenidənqurma vasitəsi kimi istifadə edilməsini təklif etmişdir. Holl ABŞ-ın Klark Universite- tində Din psixologiyası fakülətisini yaratmış, özü də bu fakültənin dekanı olmuşdur. Onun Klark Universitetindəki tələbələri arasında Ceymz Leuba və Edvin Starbak adlı iki tələbəsi daha çox şöhrət qazanmışdır. “İnanma-iman gətirmə” bu alimlərin ilk tədqiqat işi olmuşdur.
Holldan sonra bu iki tədqiqatçı Corc Ku ilə birlikdə ABŞ-da din psixologiyasının təkmilləşməsində mühüm rol oynamışdır.

mənfi və ya müsbət olurlar. Mənfi korrelyasiya zamanı bir dəyişənin artması digərlə- rinin azalmasına və əksinə təsir edir.


Korrelyasiya əmsalı ehtimal nəzəriyyəsində iki təsadüfi dəyişənin qarşılıqlı təsiri üç- ün göstərici kimi qəbul edilir. Korellyasiya əmsalı R hərfi ilə işarə olunur və -1 və + 1 arasında qiymətlər alır. Əgər əmsalın qiyməti 1-ə yaxın olarsa onda dəyişənlər ara- sında əlaqənin güclü olması ehtimal olunur. Əmsal 0-a yaxınlaşdıqca əksinə olaraq əlaqə zəifləyir. Əmsal 1-ə bərabər olduqda dəyişənlər arasında funksional asılılıq mövcud olur, yəni iki parametrin dəyişməsini xətti funksiya ilə təsvir etmək olar. Korrelyasiya əmsallarını öyrənmək üçün →korrelyasiya analizi aparılır. Analiz za- manı bir və ya bir neçə cüt arasında statistik asılılq işləmək üçün korrelyasiya əmsal- ları müqayisə olunur. Statistik verilənlərin bu üsulla emal olunması iqtisadiyyatda, sosial elmlərlə bərabər maşınqayırmada keyfiyyətə nəzarət, metallşünaslıqda və di- gər sahələrdə istifadə olunur. Üsulun populyar olması korrelyasiya əmsallarının he- sablanmasının asan olması, onların tətbiqi üçün heç bir riyazi hazırlama işlərinin aparılmasına ehtiyac olmaması ilə bağlıdır.
Onlar sorğu anketləri yaymaq, fərdi müsahibələr təşkil etmək, av- tobioqrafiyalar və təhlil, analiz, statistik təsnifat və müqayisə im- kanlarına malik digər praktiki üsullardan istifadə etməklə iman gə- tirmə (iman gətirmək, imanı gücləndirmək, dini təkmilləşdirmə, tövbə etmək və s.), dua və mistik hallar kimi praktikalar üzərində araşdırmalar aparmışlar (İliada, 1375, səh.133).
Holl və tələbələrinin əsərləri arasında Starbakın əsəri Klark məktəbini və onun əsaslarını daha layiqli şəkildə təmsil edir13. Starbakın əsəri 1909-cu ildə almancaya tərcümə edildiyi üçün ABŞ-dan kənarda daha çox tanınmışdır.
Edvin Starbak “Din psixologiyası” adı altında kitab çap et- dirən (1899) ilk şəxs olmuşdur. O, bu əsərində yetkinlik, şizofreni- ya və dinə üz tutma arasındakı eynivaxtlılıqla bağlı apardığı beş il- lik araşdırmalarının nəticələrini təqdim etmişdir. Tədqiqatları za- manı o, 192 subyektin öz həyatı haqqında olan suallara verdiyi ca- vabları min zəhmətlə təhlil etmişdir. Sorğuda iştitrak edən fərdlə- rin çoxu amerikalı protestantlar olmuşlar. Sorğuya əsasən, əldə edilmiş 1265 cavab iman gətirmənin yetkinlik dövrünə təsadüf et- diyini deməyə əsas verir. Mənəvi həyat əsasən fizioloji inkişaf dövrünə, xüsusilə, ehtirasın aktivləşdiyi dövrə təsadüf etsə də, Starbak bu dövrün dini oyanış səbəbi deyil, bu oyanış üçün imkan və fürsət olduğunu bildirir. O, bildirir ki, dindarlıq müxtəlif mən- bələrdən qidalanır. Lakin zaman keçdikcə dindarlıqla mənbələr arasında elə fərq və ixtilaf yaranır ki, artıq aralarındakı əlaqələri müəyyənləşdirmək olmur. Starbak bu sahələrin izlənilməsini töv- siyə edir və hesab edir ki, bu vasitə ilə din təlimçiləri fərdlərin yet- kinləşmə və dini inkişaf mərhələlərini adlamasına köməklik gös- tərmiş olurlar. O, çox inanırdı ki, uşağın şəxsiyyətini və təbiətini dərk edib, inkişaf etdirməklə qlobal sülhə və bəşəriyyətin xilasına nail olmaq olar.
Starbak ibtidai insan cəmiyyətləri arasında Allah anlayışının necə yaranması ilə bağlı araşdırmalar aparmaq üçün şəxsiyyətin təkamülünə əsaslanaraq, avtobioqrafik və özünümüşahidə səciyyə-




13 Klark məktəbi deyərkən dinin praktiki tədqiqatı ilə məşğul olan Starbak, Holl və
Leuba kimi psixoloqlar nəzərdə tutulur.
ləri ilə bağlı məlumatların toplanması üsulundan, fərdi reflekslər və sorğulardan istifadə etmiş, əldə etdiyi məlumatları təsnif, təhlil və analiz etmişdir. Starbak dinin bir sirr olduğunu və elmin onun bütün cəhətlərini əsla öyrənə bilməyəcəyini düşünürdü.
Starbakın araşdırmaları bir neçə cəhətdən Klark məktəbini təmsil edir. Dini inkişaf və iman gətirmə üzərində mərkəzləşmə təkcə Hollun əsas maraqlarını əks etdirmir, daha çox mümkün hə- qiqətlər toplamaq öhdəliyi, sonra onların ümumi proseslərin təyi- nedici vasitəsi kimi kəmiyyətləşdirilməsi Klark məktəbinin, ümu- miyyətlə isə ABŞ-ın din psixologiyasının fərqləndirici xü-susiy- yətinə çevrilmişdir. Ümumiyyətlə, Starbakın dini təlim-tərbiyə ilə əlaqəsi Hollun maraqlarını əks etdirir. Bu maraq özünü Hollun tə- sis etdiyi jurnalın adında da açıq-aşkar göstərir.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin