Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə15/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
Din-psixologiyasına-giriş

Corc Berje (1873-1945). Fransız ənənəsnin ən görkəmli nü- mayəndəsi və Flurnuanın səmimi dostu olmuş Corc Berjedir. O, uzun müddət din psixologiyasından dərs demiş və bu sahə üzrə dünya səviyyəli müəllim titulu qazanmış yeganə tədqiqatçı olmuş- dur. Müəllmlik fəaliyyəti ilə ilk dəfə Cenevrənin Azad Kilsəsinin İlahiyyat məktəbində, sonralar isə İlahiyyat universitetində məşğul olmuşdur. Berje Cenevrə və Fransanın bəzi regionlarında keşiş fəaliyyəti göstərmişdir.
“Elmi teologiya”nın müdafiəçisi kimi Berjenin doktorluq


25 Evangelist təriqəti - protestant sektalarından biridir. Bu cərəyanın nümayəndələri vəz və nəsihətlərində İncilə əsaslanırlar. İsa üzərində mərkəzləşən bu nəsihətlərin məqsədi xristan olmayanları bu dinə dəvət etməkdir. Evangelizm “Müqəddəs kitab”a dönmək və yönəlmək mənasındadır. Evangelist xristianlığı çatdıran, təbliğ edən və yayan şəxsə deyilir. Evegelik sözü isə daha çox Protestant klsəsnin mühafizəkar kə- simi haqqında işlədilir. Evangeliklər purtenlərin davamıdır.
Lyüterç protestantlıqla başlayan, purtenizmlə təkmilləşən, Cimmi Karter, Ronalqd Reyqan və ata Buşun prezdentliyi dövrlərndə tədricən inkişaf edən Evangelizm 11 sentyabr hadisəsndən sonra oğul Buş ilə imperalizmi yönləndirən, idarə edən əsas güc halına gəlmişdir.
26 Ekletika - bir-birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdiril-
məsi.
dissertasiyasında təklif etdiyi mövzu Flurnuanın “Transsendental reallıqların müstəsnalığı” qanununun təkmilləşdirilməsi olmuşdur. “Din və psixologiyanın paralelliyi” qanununa əsasən, dinı feno- men hər zaman iki paralel cəhətə malik olur: Psixoloji vəziyyət və obyektiv məzmun. Berjeyə görə, bu cəhətlərin heç biri digəri ilə ixtisar edilə bilməz. Din psixologiyası yalnız birinci cəhəti öyrən- diyi üçün dini fenomeni tam şəkildə izah edə bilmir. Bunun üçün psixoloji izaha iman teologiyası və etik vəzifə də əlavə edilməlidir (Vulf, 1991, səh.21-28).
Berjenin dəyər nəzəriyyəsi zahirən “metafizik teologiya”nın qorunmasına xidmət etsə də, sonrakı yazılarında din psixologiya- sının ifa etdiyi müsbət rol ön plana çəkilir. Berjenin bəlkə də ən maraqlı fəaliyyəti onun Həzrət İsa (ə) haqqındakı araşdırmaları ilə bağlıdır. O, psixologiya ilə dinin paralelliyi prinsipinə əsaslanaraq, Həzrət İsaya (ə) xas olan xüsusiyyətlərin elmi araşdırmalarla təhlil edilə bilməyəcəyini vurğulayır. Bu xüsusiyyətlər yalnız etik duyğu vasitəsilə dərk edilə bilər. Qeyd olunan xüsusiyyətlər Həzrət İsaya (ə) onu başqalarından fərqləndirəcək dəyər və mövqe bəxş edir.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin