Fransa alimlərinin din psixologiyasına və ümumilikdə psi- xologiyaya töhfələri psoxopatologiya sahəsi ilə bağlı təqdim et- dikləri əsərlər olmuşdur. Digər iki məktəbdə psixi xəstəliklə din- darlıq arasında əlaqə olduğu haqqında tədqiqatlar aparılmasına
21Qeyri-əqli
22Anlayış
maraq göstərilsə də, XIX əsrin bəzi görkəmli fransız psixopatoloq- ları bu mövzunu davamlı olaraq diqqət mərkəzində saxlamışdır. Tibb ixtisası üzrə təhsil almış bəzi həkimlər psixi xəstələrin bəzi- lərində dini sayıqlamaların və qarabasmaların baş verdiyinin şahi- di olmuşlar. Bu sayıqlamaların hər biri müəmmalı qarışıqlığın bir- birindən fərqli və qəribə xüsusiyyətlərini nümayiş etdirirdi. Bun- dan əlavə, sözügedən əlamətlərlə ənənəvi mistik xüsusiyyətlər və dinin müstəsna təcrübə formaları arasında çox oxşarlıq olduğu diqqət çəkirdi.
Jan Martin Şarko (1825-1893).Bu sahə ilə bağlı araşdır- malar aparmış alimlərdən biri Şarkodur. Parisin məşhur nevrologi- ya klinikalarının birində fəaliyyət göstərdiyi üçün dövrünün çox görkəmli nevroloquna çevrilmiş bu alim hesab edirdi ki, cinvurma isteriyanın xüsusi növlərindən biridir. O, iddia edirdi ki, dini müa- licəni “özünə təlqin” və psixi xüsusiyyətlərin qrup yoluxdurması ilə dərk və izah etmək olar.
Pier Janet (1859-1947).Pier Janet Şarkonun tələbələri və həmkarları (Freyd istisnadır) arasında din psixologiyasının inkişa- fında əməyi olan ən görkəmli alimdir. Fransa psixologiyasının ve- teranı hesab edilən Janet dinlə bağlı nəzəriyyələr irəli sürsə də, di- ni müstəsna hallarla bağlı araşdırmaları ona daha çox şöhrət qa- zandırmışdır. Janetin ən məşhur araşdırmaları 1896-1904-cü illər- də klinikada xəstə yatmış, ondan sonra da on dörd il məktub-laşdı- ğı Madelin adlı bir xəstəsi ilə bağlı olmuşdur. Madelin bir sıra qeyri-adi davranışlar sərgiləyirdi. Qeyri-normal yerişi bu davranış- lar arasında xüsusi yer tuturdu. Əzələlərinin yığılması nəticəsində barmaqlarının ucunda yeriyir, psevdo-mistik23 hərəkətlər sərgilə- yirdi. Bu davranışlar ilk öncə Allahla birləşmə ekstazından başla- yıb (bu vəziyyətdə xaça sarılaraq hərəkətsiz qalırdı) boşluq, hətta işkəncə və əzabla bitirdi. Qeyd olunan vəziyyət xəstənin Allahın onu boşladığını və şeytani qüvvələrin ona nüfuz etdiyini hiss etdi- yi zaman baş verirdi. Bədənində ildə bir neçə dəfə xaça çəkilmiş
23Saxta ürfani hərəkətlər.
İsaya aid edilən yaralar meydana gəlirdi. Janet bu xəstə ilə bağlı ciddi kliniki və praktiki araşdırmalar aparır (məsələn, uçduğunu təsəvvür etdiyi zaman onu tərəzi ilə çəkir), sərgilədiyi davranışları böyük xristian mistiklərinin davranışları ilə müqayisə edir və belə bir nəticəyə gəlir ki, bu mistik dəyişən vəziyyətlərin səbəbi psixas- teniyanın24 pozğunluğudur. Qeyd olunan pozğunluq müasir dövrü- müzdə də “psixasteniyanın pozğunluğu” adı ilə şöhrət tapmışdır.