İXTİSASARTIRMA TƏLİMİ PROQRAMI Modul 1. Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim
Proqramın adı: Adobe Photoshop proqramı
Dinləyici kateqoriyası: Həyata keçirilmə forması: üzbəüz təlim/onlayn
Təlim saatlarının miqdarı: 36 saat
Müdavimlərin qiymətləndirilməsi: (Əlavə olunub)
Proqrama rəy:
İZAHAT VƏRƏQİ
Mövzunun aktuallığı Müasir dövrümüzdə texnologiyanın inkişafı ilə yeni anlayışlar və peşələr yaranmışdır. Bu istiqamətlərdən biri də Qrafik dizayndır. Ümumiyyətlə dizayn, bütöv bədii intizam spektrının ayrılmaz hissəsi kimi , fotoqrafiya və müasir mediadan tutmuş, film, kompüter qrafikası və animasiyaya kimi uzanır. Qrafik dizayn, mesajı müəyyən kütləyə çatdırmaq üçün mətbəə, fotoqrafiya və illüstrasiyalardan istifadə edərək vizual məlumatın çatdırılmasıdır. "Qrafik dizayn" vizual kommunikasiya termini ilə bəzən sinonim olaraq istifadə olunur.
Ən qısa təriflə hər hansı təsvirin özünəməxsus tərzdə təqdim olunmuş halıdır. Hər bir dizayn bir struktura və struktur arxasındakı bir planlamaya sahibdir. İncəsənətin təməlində əslində bir dizayn faktı vardır.
Qrafik dizayn məhsulu təsəvvür etdiyimiz bir məhsulu kompüter mühitində müxtəlif proqramlardan faydalanaraq çəkdiyimiz, meydana gətirdiyimiz dizayndır. Çünki qrafik dizayn yalnız texnoloji mühitdə yaradıla bilən bir məhsuldur. Afişa, kitab, xəbərdarlıq işarələri, elanlar və s. kimi çap məhsulları qrafik dizayn anlamı içərisində yer alır. Dizayn etmək üçün təkcə kompüter texnologiyasını bilmək kifayət deyildir. Qrafik dizayn üçün xəyal gücü, rəng tanıma da diqqət yetirilməsi lazım faktorlardır.
Günümüzdə Qrafik dizaynerlər kommunikasiya ötürücüsü, informasiyanın yazı və təsvir düzgün vəhdəti şəklində çatdırılması rolunu oynayır. Qrafik dizayner veb saytlar, reklamlar, kitablar, jurnallar, afişalar, kompüter oyunları, məhsul qablaşdırması və s. dizayn edən şəxsdir. Onlar bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələrin inkişafında qrafik dizaynerlərin rolu əvəzedilməzdir. Bu sahələr arasında, reklam agentlikləri, moda sənayesi sahəsi, internet və proqram təminatı kampaniyaları, televiziya studiyaları və video kompaniyalar, korporativ brendinq və konsultasiya kompaniyaları, nəşriyyat evləri, mətbəələri və s. yer almaqdadır.
Adobe Photoshop proqramı qrafik dizaynerlərin ən çox istifadə etdiyi proqramlardan biridir. Professional fotoqraflar, həvəskar fotoqraflar, qrafiki dizaynerlər, poliqrafiya dizaynerləri və veb – dizayenrlər bu proqramdan istifadə edir. Bu proqram vasitəsilə müxtəlif açıqcalar, kollajlar, kitab, jurnal və s. üçün cild, veb səhifələr üçün şablonlar, sosial media üçün post dizaynları, flayer hazırlamaq və şəkillər üzərində retuş əməliyyatları yerinə yetirmək mümkündür. Həmçinin Photoshop proqramı universal proqram olduğuna görə istifadəçiyə kompüter qrafikası ilə bağlı yeni imkanlar təklif edən əsas proqramlardandır. Bunun əsas səbəbi isə Photoshop proqramının digər peşəkar qrafik redaktor proqramları ilə birgə istifadə edilə bilməsidir.