Dinləyici kateqoriyası: Həyata keçirilmə forması


Mövzu 3. Tipoqrafik (Yazı) dizaynı. Font seçimi



Yüklə 365,18 Kb.
səhifə10/13
tarix05.07.2022
ölçüsü365,18 Kb.
#62644
1   ...   5   6   7   8   9   10   11   12   13
Adobe Photoshop ixtisasartırma təlimi proqramı son variant

Mövzu 3. Tipoqrafik (Yazı) dizaynı. Font seçimi
3.1 Yazı aləti vasitəsilə yazıların yazılması. Character və Paragraph paneli vasitəsilə yazı xüsusiyyətlərinin nizamlanması. Dizaynda yazıların verilməsi. Forma ətrafında və daxilində yazının yazılması.
Tipoqrafika-yunanca typos- forma və graphia- çəkmək, yazmaq sözlərindən formalaşıb. Tipoqrafikada hərflər, rəqəmlər, durğu işarələri və digər simvollardan formalaşan bir silsiləyə “şrift” və ya “font” adı verilib.Photoshop proqramında çox geniş yazı yazma seçimləri mövcuddur. Yazılan yazı vektor əsaslı olduğu üçün böyüdüldükcə pikselləşmir. Dizaynda yazı və tipoqrafiyanın xüsusi yeri olduğu üçün yazı fontlarının seçilməsi, ölçü verilməsi, üzərində dəyişikliklər edilməsi, formalar və ya fiqurlar daxilində və ya ətrafında yazılması dizaynın zənginləşməsinə gətirib çıxarır. Dizaynın tamamlanması üçün yazı da mühim faktordur. Bu mövzu əsasında müdavim yazı yazma aləti, yazı redaktə pəncərəsi, həmçinin character və paragraph panellərinin istifadə qaydası oradakı funksiya və əmrləri öyrənir.

Mövzu 4. Baza kompozisiyanın qurulması.Pen tool aləti. Dizaynda maket və tor anlayışı.
4.1 Baza kompozisiyanın qurulması. Pen tool- qələm alətindən müxtəlif dizaynlarda istifadə qaydaları. Layout (maket) və Grid ( Tor) hazırlanması.
Yeni başlayan qrafik dizaynerlərin ən çox vaxt sərf etdiyi şey maketin elementlərinin düzgün yerləşdirilməsidir. Yəni yazı harada yerləşdirilsə daha yaxşıdı və yaxud şəkil harada yerləşdirilməlidir. Qrafik dizaynın əsaslarını öyrəndikdən sonra kompozisiyanın öyrənilməsi başlanılır. Kompozisiya istər dizayn, istər rəsm, istərsə də musiqi halında olsun bütövlük daşımalıdır. Kompozisiyaa bütün elementləri birləşdirərərək yaradılan vahid ahəngə sahib strukturdur. Kompozisiyanın qurulmasınada bəzi qaydalar mövcuddur. Dizayner tərtibat və kompozisiya texnikalarına sahib olduqda demək olar ki,bütün tapşırıqların öhdəsindən peşəkarlıqla gəlir. Bu fəndlər təkcə çap dizaynına deyil, rəqəmsal dizayna da aiddir. Dizayna başlamazdan əvvəl ayırd ediləcək məsələlərin başında format və ölçü gəlir.
Pen tool – Qələm aləti və onun alt qrupu vasitəsilə dizaynda fərqli formalar hazırlanır, kəsimlər edilir. Alət vasitəsilə daha mürəkkəb və peşəkar dizaynlar hazırlana bilir.
Müasir dizaynda səhifənin maketinin hazırlanması vacibdir. Səhifənin maketi qurularkən bir başqa əhəmiyyətli iş torun yaradılmasıdır. Tor sahəni mətn və təsvir üçün mümkün hissələrə bölür. Bu hissələr proporsional modullar və ya sütünlar yarada bilər. Yaxşı baza tor mətn və təsvir elementlərinin sistemik yığılması prosesini asanlaşdırır.
4.2 Rəng panelləri: Qradient paneli. Color picker-dən istifadə. Swatches paneli
Sözsüz kommunikasiyanın ən təsirli ifadə növlərindən biri olan rəng, duyğu və düşüncələri təmsil etmək üçün istifadə olunur. Rəngin doğru istifadəsi qrafik ifadələri təsirli formada təqdim etmək, köməkçi məna yaratmaq, hədəf kütləsi ilə birbaşa əlaqə qurmaq kimi vacib nöqtələrə vurğu edir. Zəmanəmizin bir çox çap və rəqəmsal məhsulları dizaynın priotet olaraq rəngdən faydalanır. Qrafik dizaynerin izah gücünü artıran bir amil olaraq rəng, çağdaş dizaynın da vacib bir yönü olaraq istifadə edilir. Photoshop proqramında rəng xüsusiyyətləri olduqca genişdir. Hazır rənglərdən istifadə edilə bilir. Həmçinin rəng nizamlamaları üçün müxtəlif panellər də mövcuddur. Color picker pəncərəsi vasitəsilə biz müxtəlif rənglər və onların tonlarını əldə edə bilirik. Həmçinin bu pəncərə də biz rənglərin RGB və CMYK rəng rejimlərinə görə parametrlərini, həmçinin HEX kodlarını görə bilirik. Beləcə biz istədiyimiz rənglərin kodları vasitəsilə onları fərqli yerlərdə tətbiq edə bilirik. Swatches panelində də həmçinin rəngləri parlaq, pastel, ağ-qara rənglər olaraq müxtəlif qovluqlarda yerləşməsindən onların tonları əldə edə bilirik. Həmçinin bu panel vasitəsilə bizə lazım olan rəngi burda yaddaşda saxlaya bilirik.Gradient paneli vasitəsilə rəngləri qarışdıraraq müxtəlif rəng çeşitlərini almağımız mümkündür. Bu paneldə həmçinin hazır qarışdırılmış rənglər də mövcuddur. Hazır qarışdırılmış rənglər üzərində dəyişiklik edə onların bir hisssəsini şəffaflaşdıra bilərik. Qradient rənglərin müxtəlif tipləri mövcuddur: xətti, dairəvi, bucaqaltı, rombvari. Dizaynda geniş istifadə edilən qarışdırılmış rənglərin istifadəsini bu mövzularda geniş öyrəniləcəkdir.


4.3 Quick Mask rejimi. Fırça aləti (Brush tool). Qarışdırma rejimi.
Quick Mask sürətli maskalama əmridir. Bu əmr vasitəsilə detallı seçimlər və seçili sahələr hazırlan bilir. Fırça alətindən dizaynda geniş istifadə edilir. Proqram müxtəlif fırça başlıqları təklif edir və onunla müxtəlif dizanlar vermək mümkündür. Fırçaları həmçinin maskalama işlərində də geniş istifadə edə bilirik. Fırça parametrləri vasitəsilə onu yeni ölçü vermə, istiqamətini dəyişmə etmək mümkündür. Həmçinin proqramda olmayan internetdən endirilərək fırçalar da əlavə etmək mümkündür. Qarışdırma rejimi olduqca geniş mövzudur. Bu rejimlər vasitəsilə birdən çox layerləri bir-birindən ayrılıqda işıq-rəng keçidlərini etmək mümkündür. Bu rejimlər vasitəsilə müxtəlif fərqli nəticələr əldə edilir.

Yüklə 365,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin