Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 58
altında bərpa olunmasına görə parçanın əzilmə dərəcəsini təyin edirlər. Adətən
tədqiqat zamanı 2 növdə sınaq nümunələrinin seçilməsini məsləhət görürlər.
Götürülmüş nümunə (5 ədəd) cihazın əşya stolu üzərində yerləşdirməklə 180º
bucaq altında qatlanaraq müəyyən yük altında 15 dəqiqə ərzində sıxılır. Sonra yük
aralandıqdan sonra 5 dəqiqə ərzində istirahətdə saxlanılaraq qatlanma bucağının
bərpa olunması vəziyyəti (α bucağı) ölçülür.
Parçanın əzilməyə qarşı davamlılıq əmsalının (H) hesablanması üçün
aşağıdakı düsturdan istifadə edilir:
555
.
0
100
180
H
Hesab edirlər ki, parçanın əzilməyə qarşı davamlılığı onların upruqluq
xassəsindən çox asılılığı vardır. Belə ki, parçanın upruqluğu nə qədər çox olarsa,
verilmiş formanı yaxşı saxlayar və az əzilməyə məruz qalar. Adətən modelçi
rəssamlar bu və ya digər geyim əşyasının modeli üzərində işləyərkən istər-istəməz
o, seçilmiş parça materialının əzilməsi xassəsini mütləq nəzərdən keçirməlidir.
Bunu belə də izah etmək olar. Əgər geyim əşyası daha çox əzilməyə məruz qalan
parça materialından hazırlanırsa, bu zaman dizayner parçanın istismar zamanı
hansı qüvvə altında deformasiyaya məruz qalması imkanını nəzərə almalıdır. Yəni
əgər geyim əşyası insan qamətinə kip olurursa, bu zaman parça materialı daha çox
qüvvəyə məruz qalacaqdır. Belə halda parça materialında əzilmə və qatlanma
halları çox asanlıqla baş verəcəkdir. Bu isə geyimin bütövlükdə estetik görünüşünə
pis təsir göstərəcəkdir. Odur ki, daha çox əzilən parça materialından geyim əşyası
hazırlanarkən ölçüsündə xeyli kənarlaşmalara yol verilir ki, hərəkət üçün sərbəstlik
yarana bilsin. Bu vəziyyətdə parça materialına güc az düşəcək və az da əziləcəkdir.
söylənilən fikirlərə görə parçanın əzilməsinə təsir edən amillərdən biri ətraf
mühitin nisbi rütubətidir. Nisbi rütubətin artması ilə materialın deformasiyası artır
və o asanlıqla əzilir. Bu mənada parçanın emalında əzilməyə qarşı arayışlandırıcı
maddələrdən istifadə edirlər ki, materialın upruqluğu çoxalır və əzilməsi isə azalır.
Eyni zamanda parçanın toxunması növü də onun əzilməsinə əsaslı surətdə təsir
göstərir. Belə ki, iplik və saplar bir-birlərini nə qədər çox əymiş olarsa, parçanın