Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə1/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
  1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25



DİPLOM İŞİ
 
2015 
MƏMMƏDOVA NƏRMİN
AZƏRBAYCAN DÖVLƏT 
İQTİSAD UNİVERSİTETİ
ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSİ
RƏHBƏR – CƏFƏROVA AFƏT M.
 
01.01.2015 
KOMVOL YUN PARÇALARIN 
KEYFİYYƏTİNİN ESKPERTİZASI 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


 
АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ 
 
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ 
 
Факултя : «Ямтяяшцнаслыг» 
Ихтисас : «İstehlak mallarının ekspertizası və marketinqi» 
 
Б У Р А Х Ы Л Ы Ш И Ш И 
Мювзу:
 «Komvol yun parçaların keyfiyyətinin ekspertizası»
 
 
Ишин рящбяри:
b/m Cəfərova A.M.
 
Тялябя:
Məmmədzadə Nərmin
 
Бюлмя:
 азярбайжан 
 
Груп:
qr.310
 
 
«Тясдиг едирям» 
Кафедра мцдири :__________ prof.Ə.P.HƏSƏNOV 
«___» __________ 
 
Б А К Ы 2015 
 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


 
 
MÜNDƏRİCAT 
 
 
 
Giriş .......................................................................................................3 
 
I Fəsil. 
Nəzəri icmal.................................................................................6 
1.Komvol yun parçaların keyfiyyətinə qoyulan ümumi istehlak 
tələbləri və istehlak xassələrini formalaşdıran amillər. 
2. Iplik və sapların quruluşunun istehsal prosesində 
formalaşdırılmasının keyfiyyətə təsiri .......................................19 
3. Komvol yun parçaların keyfiyyətinin toxunma və 
bəzəndirilmə prosesində formalaşdırılması ...............................27 
II Fəsil. Tədqiqat üçün metodika və obyektin seçilməsi .....................32 
1.Komvol yun parçaların keyfiyyət səviyyəsinin
qiymətləndirilməsi metodları. 
2.Məhsulun keyfiyyətinin idarə edilməsinin
aspektləri...................................................................................39 
III Fəsil. Komvol yun parçaların keyfiyyətinə nəzarətin təşkili ..........56 
1.Komvol yun parçaların əzilməyə,cirilmya, sürtünməyə qarşı 
davamlılığının təhlili. 
2.Komvol yun parçaların standartlaşdırılması və keyfiyyətinə 
nəzarət .......................................................................................71 
3.Komvolyun parçaların keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi və sortlaşdırılması prinsipləri .....................76 
Nəticə və təkliflər ......................................................................79 
İstifadə edilmiş ədəbiyyat siyahısı .............................................83 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


 
 
 
GİRİŞ 
 
Toxuculuq malları qeyri-ərzaq malları içərisində özünəməxsus yer tutur. Ona 
görə də inkişaf etmiş hər bir ölkədə əhalinin tikili mallara olan tələbatının 
ödənilməsi, birinci növbədə, parça istehsalının düzgün istiqamətləndirilməsindən, 
yeni xammal növlərinin istifadəsindən, buraxılan parçaların çeşidi və keyfiyyətinin 
yaxşılaşdırılması problemlərinin həllindən çox asılıdır. Keçmiş SSRİ məkanında, 
bütövlükdə desək, parça istehsalında elə bir həll edilməmiş problemlərin sayı o 
qədər də çox olmamışdır. Odur ki, ədəbiyyat mənbələrindən göründüyü kimi
keçmiş sovetlər birliyi ümumi parça malları istehsalına görə Avropa ölkələri 
içərisində birinci, dünyada isə ikinci yerdə dururdu. Statistik rəqəmlərə nəzər 
salsaq görərik ki, ötən əsrin 70-ci və 80-ci illərində keçmiş SSRİ məkanında 10-12 
mlrd.m
2
parça malları istehsal edilmişdir. O cümlədən respublikamızın parça 
sənayesinin də bu sahədə özünəməxsus payı olmuşdur. Demək olar ki
respublikamızda 1970-1980-ci illərdə parça sənayesi digər sənaye sahələri ilə 
yanaşı formalaşmış və inkişaf etmişdir. Bir neçə iri istehsal müəssisələri yenidən 
qurulmuş, bəziləri isə tikilib istifadəyə verilmişdi. Bunun üçün toxuculuq 
sənayesində təbii liflərlə yanaşı, süni və sintetik liflərdən də istifadə olunmanın 
səviyyəsi durmadan artırılmış və yuxarıda qeyd edildiyi kimi bu sahədə mövcud 
olan problemlər öz həllini tapa bilmişdi. Lakin sovetlər birliyinin dağılması bütün 
sahələrdə olduğu kimi, parça malları istehsalında daha mürəkkəb çətinliklərin 
yaranmasına gətirib çıxardı. Bu cəhətdən də respublikamızın parça istehsalı ilə 
məşğul olan müəssisələri demək olar ki, ilbəil geriləməyə başladı. Bir vaxtlar 
özünəməxsus şöhrət qazanmış Bakı Komvol Kombinatı, zərif mahud parçalar 
istehsal edən kombinat, Hacı Zeynalabdin adına Bakı parça Kombinatı hal-hazırda 
özünün çətin dövrünü keçirirlər. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin