Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 12
37ºC, dəyişiklə alt dəyişəyi arasında 36ºC, dəyişiklə bədən arasında isə 33ºC
olmalıdır.
Parçanın kütləsi, çəkisi, sıxlığı, codluğu göstəriciləri isə onun qamətin
fəaliyyətinə təsirini müəyyən edir.
Beləliklə, aydın olur ki, parçalar və onlardan olan məmulat insanla ətraf
mühitin təbii iqlim şəraiti arasında əsas rabitə vasitələrindən biri olur. Bu da
ticarətə daxil olan parçaların konkret təyinat üzrə növlərinin çoxaldılmasını tələb
edir.
Komvol yun parçaların xassələrinin insanın ətraf mühitlə əlaqəsinin elementi
kimi özünü göstərməsi yuxarıda qeyd edilən mühafizə xarakterli əlamətləri
qiymətləndirmək üçün vacibdir. Bu cəhət insanın yaşadığı maddi (əşya) mühitinin
insana göstərə bildiyi təsirləri xarakterizə edir. Əşya mühiti insanın əhvalına,
mənəvi aləminə, fiziki və bioloji fəaliyyətinə müsbət təsir etdiyi kimi mənfi
cəhətdən də təsir edə bilər. Parçalarda əsasən bu mexaniki təsirlərdən (turşu,
qələvi, çirk mühiti), fiziki amillərdən (istilik şüalanması, elektrikləşmə), bioloji
təsirlərdən (həşəratlardan) mühafizə qabiliyyətini nəzərdə tutur. Bundan əlavə,
parçaların əşya mühitində digər funksiyalarını da nəzərə almaq lazımdır. Məsələn,
tül pərdə məmulatı otağı günəş şüasından mühafizə edir, həm də səsi udur. Ev
əşyaları kimi müxtəlif tələbləri ödəyə bilir.
Komvol yun parçaların qeyri-maddi tələbatını ödəmək xassələri özü də
onların maddi tələbatı ödəməsi və ya əşya mühitinin təşkili ilə əlaqədar baş verir.
Burada adamların hissi qavrama qabiliyyəti ilə əlaqədar olan tələblər əsas
götürülür. Komvol yun oarçalarda hissi qavramaya aid olan cəhətlər qeyri-material
xassələri adlandırılır. Məsələn, parçaların gözəlliyi haqqında alıcıların təsəvvürü
bir qədər formalaşmalı, sonra isə müşahidə ilə parçaların naxışına, rənginə,
materialına və ondan hazırlanacaq məmulatın formasına müvafiq olaraq onun
estetikliyi, hissi qavranmalı, insanın bütün hiss üzvlərinə müvafiq olaraq xoşagələn
təəssürat doğurmalıdır. Alıcılar parçanı seçərkən ondan mənəvi ləzzət də almalıdır.
Bu baxımdan biz gözəllik anlayışı ilə daha çox rastlaşırıq ki, bu da estetikanın ən