Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə10/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   6   7   8   9   10   11   12   13   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

14 
(plastikliyi, bərkliyi, qıvrımlığı, şəffaflığı, kalorit tərtibatı və s.) ciddi nəzərə 
alınmalıdır. Ancaq bu sahədə buraxılan səhvlərin nəticəsidir ki, mal ehtiyatlarının 
tərkibində əhali tələbinə uyğun gəlməyən, mənəvi cəhətdən köhnəlmiş parçaların 
xüsusi çəkisi daha tez və ilbəil artır. Onları tez-tez ucuzlaşdırmaq lazım gəlir. 
Parçalarda xoşagəlmə və nüfuz kateqoriyalarına da daha böyük üstünlük 
verilməlidir. Parçaların sayalığında, yumşaqlığında, istiliyində xoşagələn və 
xoşagəlməyən hislər doğuran cəhətlər olur. Bunlar təsadüfi xarakter daşımır. 
Xüsusilə yun və ipək parçalarda bu cəhətlərə əhəmiyyət vermək lazımdır. Parçanın 
tutumu, qrifi, tiftiyi, səthi strukturası insanda zərif hissi duyğular əmələ gətirməli, 
onun nəcibliyi haqqında təsəvvürü təmin etməlidir. 
Əlbəttə, burada əmtəəşünaslıq elminin müəyyən etdiyi kimi müxtəlif fiziki 
xassələrdən, quruluş göstəricilərindən geniş istifadə etmək lazımdır. Lakin təəssüf 
ki, təcrübədə parçaların estetik xassələri əsasən, subyektiv metodlarla, ekspert və 
sosioloji təhlillə qiymətləndirilməli olur. 
Parçaların etibarlılıq göstəriciləri də onun istehlak xassələrinin çox mühüm 
cəhətlərini əhatə edir. 
Hər bir parça növünün istehlak xassələri bilavasitə onun istehsal prosesində 
formalaşdırılır. Geyim malları istehsalı zamanı müasir modanın istiqamətləri 
nəzərə alınmaqla hazır məmulatın keyfiyyətinin formalaşdırılması prosesində 
seçilmiş parça materiallarının həlledici rolu vardır. Odur ki, rəssam-modelçi 
(dizayner) nəinki parçanın xassələrini yaxşı bilməli, eyni zamanda onun xarici 
tərtibatı haqqında da məlumatı olmalıdır ki, hazırlanmış geyim əşyası geyilməyə 
qarşı davamlı olmaqla yanaşı, həm də gözəl görkəmə malik olsun. Bundan əlavə
modelçi seçilmiş parça materialının emalı xüsusiyyətini bilməli, məmulatın 
hazırlanması mərhələsində parçada baş verəcək xassə dəyişikliyi barədə məlumatı 
olmalıdır ki, bu cür dəyişkənlilik geyimin formasının və siluetinin yaradılmasına 
müsbət təsir göstərmiş olsun. 
İplik və sapların keyfiyyət göstəriciləri öz növbəsində, parçaların istehlak 
xassələrinə təsiri şübhəsizdir. Odur ki, iplik və sapların keyfiyyəti də onun 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin