Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   8   9   10   11   12   13   14   15   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

16 
Sarınma sarıyıcı maşınlarla həyata keçirilir. Bunun üçün toxunacaq parça 
eninə müvafiq iri bobinlərə əriş sapları sarınır. Sarınma zamanı lazımi dartılma 
dərəcəsi seçilir ki, hazırlanan parçanın quruculuğunun bərabər səviyyəyə təmin 
olunmasına şərait yaradır. Sarınmadan əvvəl ipliyin tiftiklərini təmizləyir, 
zibillərdən azad edilir, bir sözlə, görünən nöqsanlar aradan qaldırılır. Bu 
əməliyyatların yerinə yetirilməsi parçanın həm xarici tərtibatına və həm də 
parçanın quruluşuna həlledici təsir göstərir. 
Snovka xüsusi maşınların köməyi ilə əriş sapının müəyyən ardıcıllıqla ayrı-
ayrı tağalaqlardan və ya bobinlərdən eyni səviyyədə dartılmaqla vallara sarınır. 
Snovkalama partiyalarla və lentvari ola bilər. Birinci halda valın üzərinə eyni 
vaxtda sapın müəyyən hissəsi sarınır ki, bu zaman müəyyən enə malik parça alınır. 
Nəticədə istənilən enə malik parça almaq üçün bir neçə vala sap sarımaq lazım 
gəlir. Sonra isə bu vallara sarınmış əriş sapları bir-birləri ilə birləşdirilir. 
Lentvari snovkalama zamanı əriş sapları lent şəklində ardıcıl olaraq barabana 
sarınır ki, nəticədə istənilən miqdarda əriş sapının sarınması əldə olunur. 
Yapışqanlanma və ya hopdurulma əriş saplarının mexaniki davamlılığının 
artıtılması, hamarlığının çoxaldılması və dartılmasının azaldılması üçün tətbiq 
edilir. Toxunma zamanı əriş sapı təkrar qüvvələrə və sürtünməyə məruz 
qaldığından əriş sapını xüsusi tərkibli yapışqanlı məhlulla hopdurulur. Qeyd etmək 
lazımdır ki, həddən artıq hopdurulma sapın həddən çox qabalığının artırılmasına 
səbəb olur və upruqluğunun itirilməsinə gətirib çıxarır. Bunun üçün barabanlı və 
kameralı maşınlardan istifadə edilir. Yapışqanlanma prosesinin həlledici rolu 
ondan ibarətdir ki, toxunma prosesində sapın sürtülüb qırılması halı aradan 
qaldırılır, remizkanın gözündən sap keçərkən rahat hərəkət edir, nəticədə toxunma 
prosesi keyfiyyətli başa çatır. 
Remizkalama dedikdə, hopdurulmuş əriş sapı remizkanın gözcüyündən 
keçirilməsi kimi başa düşülür. Toxunan parçanın növündən asılı olaraq remizkanın 
sayı da müxtəlif ola bilər. Qoşa remizkalama zamanı cüt saplar bir remizkanın 
gözündən, tək saplar isə digər remizkanın gözündən keçirilir. Çelnokunun sayından 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin