Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə15/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   11   12   13   14   15   16   17   18   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

19 
bərpa edirlər. Bundan əlavə, belə parçaları yenidən antistatik məhlullarla da emal 
edirlər ki, elektrikləşmənin qarşısı alınmış olsun. 
Döyülmə kamvol parçalar istehsalında ən vacib arayışlandırma əməliyyatı 
sayılır. Bu əməliyyat apparat ipliyindən toxunan xalis və yarımyun parçalarda 
tətbiq olunmaqla onun quruluşuna və xassələrinə əsaslı surətdə təsir göstərir. 
Döyülmə zamanı parçanın eni və uzunu istiqamətlərdə sıxlaşma baş verərək, həm 
də parçanın qalınlığı artırılır. Yun lifinin keçələşmə qabiliyyətindən istifadə 
olunaraq parçanın üzərində keçəyə bənzər təbəqə əmələ gəlir. Bu əməliyyatdan 
sonra parça yumşalır, sıxlaşdırılır, istiliksaxlama qabiliyyəti artırılır və parçanın 
geyilməyə qarşı davamlılığı çoxaldıla bilir. Bu əməliyyat xüsusi maşınlarda 
parçanın üz tərəfində təzyiq nəticəsində liflərin kütləvi yerdəyişməsi hesabına 
keçəyəbənzər qatın yaradılmasına qədər davam etdirilir. Xüsusilə zərif yun lifindən 
olan parçalar bu prosesə daha yararlı olur. Döyülmə əməliyyatının müddətindən 
asılı olaraq yun parçaların bir neçə yararlı xassələrini formalaşdırmaq mümkündür. 
Bu baxımdan, güclü mülayim və zəif döyülmə tətbiq edilir. Güclü döyülmə 3,5-8 
saat ərzində aparılır ki, parçanın toxunma naxışı keçəyəbənzər təbəqənin altında 
qalaraq görsənmir. Mülayim döyülmə prosesi 2 saat ərzində aparılır və nəticədə 
parçadakı toxunma naxışı azacıq görsənir. Zəif döyülmə boston və paltoluq 
parçalarda tətbiq edilir və bu proses 20-40 dəqiqə ərzində başa çatdırılır. Bu ən çox 
daranmış yundan olan parçalar üçün tətbiq edilir və parçanın üzərində toxunma 
naxışları aydın görsənir. 
Karbonizasiyalı əməliyyatı yun parçalarının arayışlandırılmasında tətbiq 
olunan vacib əməliyyatdan birisi olmaqla, ancaq xalis yundan olan parçalar üçün 
istifadə olunur. Məqsəd yun parçanın tərkibinə düşən sellülozanı yox etməkdən 
ibarətdir. Bunun üçün parça 4-5%-li kükürd turıusu məhlulu ilə emal edilib, sıxılıb, 
qurudulur. Sonra isə onu 105-110ºC-də qızdırılma əməliyyatından keçirdirlər ki, 
əmələ gələn hidrosellüloza kömürləşib yox olur. Sonra isə parçada qalan artıq turşu 
qalığı və parçalanmış sellüloza hissəciklərinin yox edilməsi baş vurur. Bunun üçün 
zəif tərkibli soda məhlulundan istifadə edilir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin