Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 15
texnoloji hazırlığı ilə əlaqədardır. İplik və sapların vacib keyfiyyət göstəriciləri
uzunluğu boyunca eyni qalınlığa malik olması, burulma dərəcəsi, davamlılığı və
uzanmasıdır. Odur ki, qüvvədə olan standartlarda və sapların keyfiyyətini təyin
edən xassələr üçün normalar müəyyənləşdirilmişdir. İplik və saplarda rast gələn
nöqsanlar görünə bilən və gizli nöqsanlara ayrılır ki, bunlar da kostyumluq
parçaların istehlak xassələrinə mənfi təsir göstərir. Görünən nöqsanları adi gözlə
aşkar etmək mümkündür. Lakin gizli nöqsanlar əsasən iplik və sapların əyrilməsi
prosesində baş verir və bu nöqsanlar nəinki hazır materialın xarici görünüşünü,
eyni zamanda parçaların mexaniki xassələrini pisləşdirir. Belə nöqsanlar, öz
növbəsində,
lif
növünün
aşağı
keyfiyyətli
olmasından,
həddən
artıq
zibilləşməsindən, əyrici maşınların düzgün işləməməsi və s. kimi amillərdən
yaranır. Belə nöqsanlar ipliklərinə zibilləşmədən yaxşı təmizlənə bilməməsi,
əyrilmiş ipliklərinə ayrı-ayrı yerlərində yoğunlaşma və ya nazikləşmə, ipliklərinə
bəzi yerlərində şişmə halları, ilgək və ya burulma halların olması, burulmanın
həddən çox və ya az olması, çirklənmə halları, xovluluq, yapışma halları və s.
aiddir.
Parçaların istehlak xassələrinin formalaşdırılmasının əsas amillərindən biri
toxunma prosesidir. Parça dedikdə, toxuculuq dəzgahında iki sistem, yəni əriş və
arğac saplarının bir-birləri ilə çarpazlaşması nəticəsində baş verən sistem kimi başa
düşülür. Parçanın uzunu istiqamətində gedən saplara əriş, köndələn istiqamətində
gedənlərə arğac sapları deyilir. Parçanın toxunması prosesi iki mərhələdən, yəni
hazırlıq və toxunma əməliyyatlarından ibarətdir. Burada hazırlıq əməliyyatlarının
əsas vəzifəsi əriş və arğac saplarının toxunmaya hazırlanmasından, toxunma
əməliyyatları isə parça polotnosunun alınmasından ibarətdir. Arğac sapının
toxunmaya hazırlığı onun bobinlərə və ya məkiklərə sarınmasından ibarətdir.
Lakin əriş saplarının toxunmaya hazırlanması bir neçə mürəkkəb əməliyyatlardan
ibarətdir ki, burada sarınma, snovka, yumşaldıcı maddələrlə hopdurulma,
remizkadan keçirilmə aiddir.