Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 18
Son bəzək əməliyyatları da kostyumluq parçaların bəzi istehlak xassələrinin
formalaşdırılmasına təsir edən amillərdən sayılır. Bu baxımdan, yun parçaların
arayışlandırılması digər növ parçaların bəzəndirilməsindən xeyli fərqlənir. Bu da
yun lifinin quruluşundan və xassələrindən asılıdır. Bundan əlavə, ayrı-ayrı növ
kostyumluq yun parçalarının lif tərkibindən, ipliyinin növündən və quruluşundan
asılı olaraq müxtəlif arayışlandırma əməliyyatları tətbiq edilir. Bu baxımdan,
daranmış ipliklərdən və apparatda əyrilmiş ipliklərdən toxunan kostyumluq yun
parçalarının bəzəndirilməsi bir-birlərindən fərqlidir. Eyni zamanda, xalis yun və
yarımyun parçaların arayışlandırılmasına ütmə, bişirmə, yuyulma, döyülmə,
karbontizasiya, xovlaşdırma, ağardılma, yaş buxarlama əməliyyatları aiddir.
Göstərilən hər bir əməliyyatların özlərinə məxsus əhəmiyyəti vardır.
Ütmənin mahiyyəti odur ki, qaz alovunun və yaxud da qızmar dəmirin
üzərindən keçirməklə xüsusi maşınlarda parçanın üzərindəki artıq iplik və lif
qalıqları üzülərək yox edilir. Bu zaman parçadakı relyeflik və toxunuş naxışları
açıq-aydın görünərək, parçanın səthi hamarlaşdırılır ki, görkəmi yaxşılaşsın.
Bişirməklə mahiyyəti ondan ibarətdir ki, 15-20 dəqiqə ərzində parça qaynar
suda emal edilərək parçanın toxunması zamanı dartılmış liflərinə daxili gərginliyi
azaldır. Nəticədə yunun tərkibindəki keratin maddəsi bərkidilmiş vəziyyətə
düşərək, parça və ipliklər bərabər quruluşa malik olur ki, sonrakı əməliyyatlar
zamanı pozulma halları baş verməsin. Bu əməliyyat, eyni zamanda arayışlandırma
mərhələsində dəzgahlarda parçada baş verən qatlanma izlərinin sınmasının da
qarşısını ala bilir.
Yuyulma zamanı parçada mövcud olan kənar qarışıqlar yox edilir. Adətən
xam halda yun parçaların tərkibində 8-12%-ə qədər yağ birləşməsi və şlixta
maddəsi olur ki, belə maddələr parçanın bəzəndirilməsi prosesinə mənfi təsir
göstərir. Bunu isə 40º-li kalsium tərkibli sodalı məhlulda 3-4,5 saat ərzində
yuyulmaqla başa çatdırırlar. Yarımyun parçaların tərkibində sintetik lif növü
vardırsa, yuyulmadan sonra termotənzimləmə mərhələsinə verilərək parçanın enini