Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə16/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   12   13   14   15   16   17   18   19   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

20 
Xovlaşdırma əsasən mahud parçalarında aparılır ki, nəticədə parçanın xarici 
görkəmi yaxşılaşdırılır. Bu xüsusi maşınlarda yerinə yetirilməklə parçanın 
üzərindəki keçəyəbənzər təbəqə didişdirilir. Nəticədə parçanın üzərində daranmış 
xov yaranır. Bu məqsədlə iynəli vallardan istifadə olunur, bəzən də xovlaşdırıcı 
dişli şarlardan istifadə olunur. Bitki yumurcuqlardan istifadə edildikdə, parçanın 
mexaniki xassələri zəifləyir, parçanın üzərində vors təbəqəsi qeyri-bərabər 
hündürlüyə malik olduğundan tiftil qatı oval şəkilli görünür. Tiftik təbəqəsini 
bərabərləşdirmək üçün yenidən polimer kürəciklərindən istifadə edilir. 
Ağardılma yun parçalarında çox nadir hallarda tətbiq edilir, çünki ağardılma 
əməliyyatı 
parçanın 
mexaniki 
xassələrini 
pisləşdirir. 
Yun 
parçaların 
ağardılmasında kimyəvi və optiki ağardılma üsullarından istifadə olunur.
Nəmli üsulla parçalarda baş verən gərginliyi bərabərləşdirmək üçün 
bişirilməyə oxşar əməliyyat aparılır, lakin bişirilmədən fərqli olaraq, parça bu 
qaydada emal edildikdən sonra buxara verilir. Bütün bu göstərilən əməliyyatlar 
nəticəsində yun parçaların əksəriyyət istehlak xassələri formalaşdırılır. 
 
 
 
 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

21 
 
2. İplik və sapların quruluşunun istehsal prosesində formalaşdırılmasının 
keyfiyyətə təsiri 
Hər şeydən əvvəl, bu və ya digər mal qrupuna daxil olan məmulatların 
keyfiyyət göstəricilərini araşdıran zaman keyfiyyətə təsir edən amilləri və şəraiti 
nəzərə almaq lazımdır. Bu baxımdan, parçaların keyfiyyətinə təsir edən amilləri iki 
qrupa bölürlər, yəni parçanın keyfiyyətinin formalaşdırılmasına təsir edən və 
keyfiyyəti qoruyub saxlayan amillər. 
Birinci 
qrup 
amillərə 
bütövlükdə 
məmulatın 
layihələşdirilmə 
və 
modelləşdirilmənin və istehsal prosesinin keyfiyyəti aiddir. Parçalarda 
modelləşdirmə prosesi olmadığından birinci qrupa daxil olan amillər sırasında 
layihələndirməni göstərmək lazımdır. İstehsal prosesinin keyfiyyəti xammal
material, 
dəstləşdirici 
məmulatların 
keyfiyyəti, 
texnologiyanın 
yerinə 
yetirilməsinin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir. 
İkinci qrup amillərə isə keyfiyyətcə tam formalaşdırılmış malın istehlakçılara 
lazımi səviyyədə çatdırılmasını təmin edən amillər daxildir. Buraya isə malların 
qablaşdırılması, daşınması və saxlanması aiddir. 
Parçaların keyfiyyətini formalaşdıran amillər, öz növbəsində obyektiv və 
subyektiv olmaqla iki yerə ayrılır. Obyektiv amillərə məmulatın layihələndirilməsi, 
istehsal 
bazasının 
texniki 
səviyyəsi, 
istehsalın 
mexanikləşdirilməsi, 
avtomatlaşdırılması, müasir texnoloji proseslərə nəzarətin təşkili aiddir ki, nəticədə 
istehsal olunan malların, o cümlədən parçaların keyfiyyət səviyyəsinin 
formalaşdırılmasına şərait yaranmış olur. Lakin subyektiv amillər insan fəaliyyəti 
ilə bağlıdır. Yəni müəssisədə çalışan işçi istehsal funksiyasını vicdanla yerinə 
yetirməli, səhlənkarlığa yol verməməli, ustalığa malik olmalı, ümumi təhsilin 
səviyyəsi istehsalın xarakterinə uyğun gəlməli, psixoloji keyfiyyətə malik olmalı, 
keyfiyyətin yüksəldilməsində maddi marağının olmasını dərk etməlidir. Obyektiv 
amillər subyektiv amillərə nisbətən daha stabildir. Lakin subyektiv amillər 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin