Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə18/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   14   15   16   17   18   19   20   21   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

23 
Didişdirici maşınlardan çıxmış lif tərkibi nazik təbəqə halına düşür ki, bu da biri-
birinə dolaşmış xırda lif dəstindən ibarətdir. 
Daranma. Daranma prosesinin layiqincə yerinə yetirilməsi iplik və onlardan 
alınan sapların quruluşunun formalaşdırılmasına həlledici təsir göstərir. Daranma 
zamanı lif tərkibinə darayıcı maşının hərəkətedici orqanı təsir göstərir ki, bunun 
üzərində metal iynələr bərkidilir. Lent halında olan lif təbəqəsi ötürücü vasitəsilə 
iynəli təbəqənin arasından keçirilir, iri halda olan lif çəngəsi daha xırda dəstlərə 
ayrılır və hər bir lifin ayrılması prosesi baş verərək daranır. Daranma zamanı lif 
dəstində olan dolaşıq liflər düyünləşmələr, zibillər aradan qaldırılaraq 
paralelləşdirilir, nazik lif təbəqəsi (vata) alınır. Həmin bu təbəqə xüsusi ölçülü 
qıfdan keçərək lent vəziyyətinə salınır. Göründüyü kimi, lif tərkibinin daranması 
prosesi çox məsuliyyətli texnoloji əməliyyatdır. Uzun liflərdən, məsələn, pambıq, 
yun və s. lif növlərindən daha nazik, zərif, hamar quruluşlu iplik almaq üçün kardo 
maşınında daranmış lif tərkibi əlavə olaraq daraqlı darayıcı maşınlara ötürülür. 
Bunun üçün 16-20 ədəd lent dəsti biri-birilərinə calanaraq vata dartıcı maşınlara 
verilərək lentin gövdəsi düzləndirilir, qalınlığı bütün uzunu boyunca 
bərabərləşdirilir. Bu cür alınmış yarımfabrikat daraqlı darayıcı maşına ötürülür
daranır, liflər düzləşdirilir, paralelləşdirilir və qısa liflər lentdən kənar edilir. 
Lentin düzləndirilməsi. Kard və ya daraqlı (apparat) maşınlarda daranmış 
lent halında olan lif qarışığı qeyri-bərabər qalınlıqda, liflər lazımi səviyyədə 
düzləndirilməmiş və paralelləşdirilməmiş vəziyyətdə olur. Odur ki, bir neçə lenti 
üst-üstə qoyaraq dartırlar ki, istənilən yoğunluğa çatdırıla bilsin. Çünki yekun 
etibarı ilə alınacaq iplik və ya sap növü standart yoğunluğa salınmış olsun. Iplik və 
sapların yoğunluğu və nazikliyindən asılı olaraq parçanın qalınlığı müəyyən edilir.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin