Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 23
Didişdirici maşınlardan çıxmış lif tərkibi nazik təbəqə halına düşür ki, bu da biri-
birinə dolaşmış xırda lif dəstindən ibarətdir.
Daranma. Daranma prosesinin layiqincə yerinə yetirilməsi iplik və onlardan
alınan sapların quruluşunun formalaşdırılmasına həlledici təsir göstərir. Daranma
zamanı lif tərkibinə darayıcı maşının hərəkətedici orqanı təsir göstərir ki, bunun
üzərində metal iynələr bərkidilir. Lent halında olan lif təbəqəsi ötürücü vasitəsilə
iynəli təbəqənin arasından keçirilir, iri halda olan lif çəngəsi daha xırda dəstlərə
ayrılır və hər bir lifin ayrılması prosesi baş verərək daranır. Daranma zamanı lif
dəstində olan dolaşıq liflər düyünləşmələr, zibillər aradan qaldırılaraq
paralelləşdirilir, nazik lif təbəqəsi (vata) alınır. Həmin bu təbəqə xüsusi ölçülü
qıfdan keçərək lent vəziyyətinə salınır. Göründüyü kimi, lif tərkibinin daranması
prosesi çox məsuliyyətli texnoloji əməliyyatdır. Uzun liflərdən, məsələn, pambıq,
yun və s. lif növlərindən daha nazik, zərif, hamar quruluşlu iplik almaq üçün kardo
maşınında daranmış lif tərkibi əlavə olaraq daraqlı darayıcı maşınlara ötürülür.
Bunun üçün 16-20 ədəd lent dəsti biri-birilərinə calanaraq vata dartıcı maşınlara
verilərək lentin gövdəsi düzləndirilir, qalınlığı bütün uzunu boyunca
bərabərləşdirilir. Bu cür alınmış yarımfabrikat daraqlı darayıcı maşına ötürülür,
daranır, liflər düzləşdirilir, paralelləşdirilir və qısa liflər lentdən kənar edilir.
Lentin düzləndirilməsi. Kard və ya daraqlı (apparat) maşınlarda daranmış
lent halında olan lif qarışığı qeyri-bərabər qalınlıqda, liflər lazımi səviyyədə
düzləndirilməmiş və paralelləşdirilməmiş vəziyyətdə olur. Odur ki, bir neçə lenti
üst-üstə qoyaraq dartırlar ki, istənilən yoğunluğa çatdırıla bilsin. Çünki yekun
etibarı ilə alınacaq iplik və ya sap növü standart yoğunluğa salınmış olsun. Iplik və
sapların yoğunluğu və nazikliyindən asılı olaraq parçanın qalınlığı müəyyən edilir.