Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
32
mürəkkəbliyi xüsusiyyətlərindən asılı olaraq onu 2 növə, yəni 2 üzlü və pike
toxunuşuna ayırırlar. Iki üzlü toxunuş 3 sistem sapın iştirakı ilə, yəni 2 ədəd əriş və
1 ədəd arğac sapla əmələ gətirilir. Lakin ikiqatlı toxunuş isə 4 sistem: 2 əriş və 2
arğac sapların iştirakı ilə yaradılır ki, bu zaman 2 ədəd polotno toxunur. Belə
parçalardan, misal olaraq, ağırçəkili paltoluq, drap parçaları, odeyallar toxunur.
Eyni zamanda parça polotnosunun üz və astar tərəfləri toxunma növü və naxışla
fərqlənən donluq, kostyumluq parçaları istehsal edilir.
Pike toxunması quruluşuna görə ikiqatlı toxunmanın növüdür. Bunun
yaradılması üçün 2 əriş və 1 arğac sapı, bəzən də 2 əriş və 2 arğac sapı işlədilir.
Mürəkkəb toxunmalara xovlu toxunuşlu parçalar da aiddir. Bunu toxunma
zamanı sapların doğranması ilə əmələ gətirirlər. Parçalara istənilən quruluş və
xassə vermək məqsədilə, xüsusilə xovlu görünüş yaratmaq baxımından ərişlə
xovluluq və yaxud da arğac sapı ilə xovluluq yaratmaq mümkündür. Parça
polotnoları üz-üzə toxunduqdan sonra onu xüsusi dəzgahlarda əmələ gətirilən
aralıq ilgəkləri doğranaraq hər iki polotnonun üz tərəfində xov yaradılır. Bəzən
parçanın üzündə xovlardan naxış yaratmaq üçün xüsusi əlavə avadanlıqlardan
istifadə etməklə ya bütöv xovlu səth və yaxud da uzorlu (göz-göz) xovluluq
yaratmaq mümkündür. Belə parçalara misal olaraq, məxmər, barxat, süni xəz kimi
parçaları göstərə bilərik.
Dostları ilə paylaş: