Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə24/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   20   21   22   23   24   25   26   27   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

30 
parça istehsal zamanı əriş və arğac saplarının dartılma səviyyəsini, əriş sapının 
verilməsi sürətini, remizkaların sayını, onların qaldırılması ardıcıllığını və digər 
texnoloji şərtləri nizamlaşdırırlar. 
Toxunma növündən asılı olaraq parçaların həm quruluşu və həm də xassələri 
əsaslı surətdə dəyişə bilir. 
Parçanın toxunması dedikdə əriş və arğac saplarının qaydalı surətdə bir-
birlərini örtməsi kimi başa düşülür. Parçanın xarici səthində gözəçarpan naxışlar 
toxunuş naxışları adlanır. 
Parçanın üzündəki toxunuş naxışlarının təkrarlanması rapport adlanır. 
Rapport dedikdə parçadakı naxışın birisinin tamamlanıb yenidən təkrarlanması 
kimi başa düşülür ki, bu zaman əriş və arğac sapları istiqamətində fasiləsiz toxunuş 
naxışları yaranır. Parça istehsalında müxtəlif növ toxunmalardan istifadə edilir. Bu 
baxımdan, müasir parça sənayesində sadə və ya baş toxunma, xırda naxışlı, 
mürəkkəb və irinaxışlı toxunmalardan istifadə edilir. 
Sadə toxunmaya polotno, sarja və atlas toxunmalar aiddir. Bu toxunma 
növləri rapportda iştirak edən sapların sayı və addımın böyüklüyü ilə xarakterizə 
edilir. Məsələn, sadə toxunmalarda əriş sapı üzrə rapport arğac sapı üzrə olan 
rapporta bərabərdir. Çünki hər bir sistemə daxil olan sap digər sistemə daxil olan 
bir dəfə toxunmada iştirak edir. Elə bu prinsipdən asılı olaraq sadə toxunmaya 
daxil olan polotno, sarja və atlas toxunuşlu parçaların hər birisinin özünəməxsus 
qüsuru və xassələri vardır. Məsələn, polotno toxunuşlu parçalarda bir əriş sapı bir 
arğac sapı ilə toxunuşda iştirak etdiyinə görə parçanın cırılmaya, sürtünməyə, 
təkrar qatlanmalara qarşı davamlılığı atlas toxunuşlu parçalardan yüksəkdir. Lakin 
atlas toxunuşlu parçalarda da əriş və arğac sapları arasındakı əlaqə az olduğundan 
hamar səthə malikdir, sürtünməyə dözümlüdür, cırılmaya qarşı davamlıdır, 
yumşaqdır, asanlıqla qatlanır. 
Bəzi qrup parçalar vardır ki, bunlar xırda naxışlı və yaxud da törəmə 
toxunmaları ilə toxunduğundan bunların üz tərəfində toxunma naxışları görünür. 
Belə toxunma növlərinə polotno, sarja və atlas toxunmalarının törəmələri aiddir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin