Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 5
Son dövrlərdə əhalinin parça mallarına olan tələbatı ancaq xarici ölkələrdən
gətirilən parça hesabına ödənilir. Hazırda respublikamızın istehlak bazarına parça
materialları Rusiya, Türkiyə, İngiltərə, Çin, Fransa, İtaliya və digər Avropa
ölkələrindən gətirilir. Lakin hələ də bir çox parça növlərinə olan əhali tələbatı tam
ödənilməmiş olaraq qalır, xüsusilə, pambıq parçalara olan tələbatın ödənilməməsi
buna misaldır, təbii ipək parçaların çeşidi və keyfiyyəti də müasir dövrün
tələbatına cavab vermir.
Əmtəəşünaslıq praktikasında parçalara xas olan fiziki, kimyəvi, fiziki-
kimyəvi xassələrdən elələri vacib hesab edilir ki, bunlardan parçaların xidmət
müddəti, gigiyenikliyi və onun xarici görünüşü asılı olsun və belə xassələr də
istehlak xassələri adlanır.
Bütün parçalar kimi yun parçaların da keyfiyyətinə müəyyən tələblər qoyulur.
Onların qalınlığı, xarici tərtibatı təyinatına uyğun olmalıdır, lazımi gigiyenik
tələblərə cavab verməli, fiziki-mexaniki təsirlərə qarşı davamlı olmalıdırlar. Belə
parçalar istini yaxşı saxlamaq qabiliyyətinə malik olmalı, insanın normal həyat
şəraitinə pis təsir göstərməməli, forma saxlama qabiliyyətinə malik olmalıdır.
Onlardan hazırlanan paltarlar kifayət qədər uzunömürlü olmalıdır.
Deməli, tikili malların istehsalı zamanı komvol yun parçaları müxtəlif
texnoloji tələbləri tam ödəməlidir.
Komvol yun parçaların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi də hazırki
şəraitdə ən vacib problemlərdən biridir. Belə ki, respublikamızın istehlak bazarına
müxtəlif ölkələrdən müxtəlif növ parçalar daxil olur ki, bunların da keyfiyyət
səviyyəsi bir-birlərindən çox fərqlənir. Odur ki, bu parçaların keyfiyyətinə nəzarət,
keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin düzgün təşkil edilməsi çox vacibdir.
Xüsusilə, komvol yun parçaları bu cəhətdən özünəməxsus yer tutur. Ümumiyyətlə,
hər bir növ parçanın keyfiyyət səviyyəsi qiymətləndirilərkən onun təyinatı əsas yer
tutur. Hələlik eyni lif tərkibinə və quruluşuna malik olan parçalar müxtəlif
bəzəndirilmə prosesində, ola bilsin ki, müxtəlif istehlak xassələrinə malik olan
parçalar halına salınmış olsun. Odur ki, parçaların keyfiyyət səviyyəsi