Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


qiymətləndirilərkən xassələr seçildikdə, ilk növbədə, onun təyinatı, istehlak şəraiti, 
lif tərkibi nəzərə alınmalıdır ki, vacib xassələrin siyahısı buna müvafiq olaraq 
seçilmiş olsun.
Hazırki diplom işi dissertasiyasında da çalışmışıq ki, yuxarıda göstərilən 
məsələlərə aydınlıq gətirə bilək. Dissertasiya işində yun parçaların istehlak 
xassələri və ona təsir edən amillər, yun parçaların keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi metodları yun parçaların keyfiyyətinin idarə edilməsi 
prinsipləri, keyfiyyətin qiymətləndirilməsininmetodoloji əsasları, habelə yun 
parçaların bəzi mexaniki xassələrinin təhlili məsələləri nəzərdən keçirilmişdir. 
 
 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


 
 
 
I FƏSİL. NƏZƏRİ İCMAL 
1.Komvol yun parçaların keyfiyyətinə qoyulan ümumi istehlak tələbləri və 
istehlak xassələrini formalaşdıran amillər. 
Komvol yun parçaları kompleks faydalı xassələrin məcmusunu özündə 
birləşdirir. Bu xassələrin bir qrupu parçalardan məmulat hazırlayanda lazım olur 
ki, bunlara texnoloji xassələr deyilir. Bir qrup xassələr istismar zamanı meydana 
çıxdığından istismar xassələri adlanır. Istismar xassələrindən fərqli olaraq, 
parçaların istehlak xassələri anlayışı da mövcuddur. Bəzi müəlliflər istehlak 
xassələri ilə istismar xassələrini eyniləşdirirlər. Lakin qeyd etmək lazımdır ki, 
istehlak xassələri istismar xassələrindən geniş məfhumdur. Belə ki, parçaların bəzi 
xassələri onların keyfiyyətini qiymətləndirərkən nəzərə alınmır. Amma istehlak 
zamanı həmin xassələr özünü büruzə verir. 
Ümumiyyətlə, komvol yun parçaların istehlak xassələri aşağıdakı qruplara bölünür: 
1) komvol yun parçaların xidmət müddətinə təsir edən istehlak xassələri; 
2) komvol yun parçaların gigiyenikliyinə təsir edən istehlak xassələri; 
3) komvol yun parçaların xarici görünüşünə təsir edən istehlak xassələri; 
4) komvol yun parçaların emalı zamanı lazım olan istehlak xassələri. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin