Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

18 
Son bəzək əməliyyatları da kostyumluq parçaların bəzi istehlak xassələrinin 
formalaşdırılmasına təsir edən amillərdən sayılır. Bu baxımdan, yun parçaların 
arayışlandırılması digər növ parçaların bəzəndirilməsindən xeyli fərqlənir. Bu da 
yun lifinin quruluşundan və xassələrindən asılıdır. Bundan əlavə, ayrı-ayrı növ 
kostyumluq yun parçalarının lif tərkibindən, ipliyinin növündən və quruluşundan 
asılı olaraq müxtəlif arayışlandırma əməliyyatları tətbiq edilir. Bu baxımdan, 
daranmış ipliklərdən və apparatda əyrilmiş ipliklərdən toxunan kostyumluq yun 
parçalarının bəzəndirilməsi bir-birlərindən fərqlidir. Eyni zamanda, xalis yun və 
yarımyun parçaların arayışlandırılmasına ütmə, bişirmə, yuyulma, döyülmə, 
karbontizasiya, xovlaşdırma, ağardılma, yaş buxarlama əməliyyatları aiddir. 
Göstərilən hər bir əməliyyatların özlərinə məxsus əhəmiyyəti vardır. 
Ütmənin mahiyyəti odur ki, qaz alovunun və yaxud da qızmar dəmirin 
üzərindən keçirməklə xüsusi maşınlarda parçanın üzərindəki artıq iplik və lif 
qalıqları üzülərək yox edilir. Bu zaman parçadakı relyeflik və toxunuş naxışları 
açıq-aydın görünərək, parçanın səthi hamarlaşdırılır ki, görkəmi yaxşılaşsın. 
Bişirməklə mahiyyəti ondan ibarətdir ki, 15-20 dəqiqə ərzində parça qaynar 
suda emal edilərək parçanın toxunması zamanı dartılmış liflərinə daxili gərginliyi 
azaldır. Nəticədə yunun tərkibindəki keratin maddəsi bərkidilmiş vəziyyətə 
düşərək, parça və ipliklər bərabər quruluşa malik olur ki, sonrakı əməliyyatlar 
zamanı pozulma halları baş verməsin. Bu əməliyyat, eyni zamanda arayışlandırma 
mərhələsində dəzgahlarda parçada baş verən qatlanma izlərinin sınmasının da 
qarşısını ala bilir. 
Yuyulma zamanı parçada mövcud olan kənar qarışıqlar yox edilir. Adətən 
xam halda yun parçaların tərkibində 8-12%-ə qədər yağ birləşməsi və şlixta 
maddəsi olur ki, belə maddələr parçanın bəzəndirilməsi prosesinə mənfi təsir 
göstərir. Bunu isə 40º-li kalsium tərkibli sodalı məhlulda 3-4,5 saat ərzində 
yuyulmaqla başa çatdırırlar. Yarımyun parçaların tərkibində sintetik lif növü 
vardırsa, yuyulmadan sonra termotənzimləmə mərhələsinə verilərək parçanın enini 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin