Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 17
asılı olaraq toxuculuq dəzgahları bir və çox çelnoklu dəzgahlara ayrılır. Çoxsaylı
çelnoklu toxucu dəzgahları müxtəlif rəngli arğac saplarından rangli parça
toxunuşunda işlədilir. Habelə, jakkard maşınlarından istifadə etməklə, mürəkkəb iri
naxışlı parça istehsal olunur.
Kostyumluq parça istehsalında müxtəlif toxunma növlərindən istifadə olunur
ki, bunun da nəticəsində parçanın quruluşu, parçanın eni müəyyən uzunluğa (10
sm) düşən sapların miqdarı, toxunuş naxışları formalaşdırılır. Istənilən quruluşa
malik parça almaq üçün toxunma prosesində əriş və arğac saplarının dartılma
dərəcəsi, əriş sapının hərəkət sürəti, remizkanın sayı, onların yerdəyişmə
ardıcıllığı, habelə digər texnoloji şərtlər nizamlaşdırılır.
Ümumiyyətlə, toxunuş növləri sadə və ya boş toxunmalara, xırda naxışlı,
mürəkkəb və irinaxışlı toxunmalara bölünür. Qeyd etmək lazımdır ki, parçaların
əksəriyyəti istehlak xassələrinin formalaşdırılmasında toxunma növlərinin həlledici
rolu vardır. Sadə toxunmalara polotno, sarja və atlas toxunmaları aiddir. Bunların
içərisində ən geniş yayılanı polotno toxunmasıdır ki, kostyumluq parçaların
istehsalında geniş istifadə olunur. Bu toxunuşda bir əriş və bir arğac sapı iştirak
edir ki, parçanın üzərində şahmata bənzər naxış yaranır. Parçanın üzü və astarı eyni
görünüşə və hamarlığa malikdir. Belə toxunuşda parçanın üzü arğac sapından
ibarət olduğundan parça qaba olur, yüksək davamlılığa malikdir. Uzanmaya,
cırılmaya və sürtünməyə qarşı davamlı olur.
Diaqonal toxunma növü parçanın üzərində soldan sağa relyef naxışı yaradır.
Bu xətlərin dönmə bucağı parçanın sıxlığından asılı olaraq az və çox da ola bilər.
Belə halda parçanın fiziki-mexaniki xassələri də dəyişilə bilər. Bəzi növ parçaların
(kostyumluq və donluq) toxunmasında mürəkkəb toxunma növlərindən də istifadə
olunur. Belə parçalara qalın, nisbətən ağır çəkili, mexaniki cəhətdən dözümlü
parçalar hesab olunur. Bu parçaların üz və astar tərəfləri toxunmadan asılı olaraq
fərqlənir və hətta rəngli naxış da görsənir. Parçanın üzü və astarı üçün müxtəlif növ
ipliklərdən istifadə olunur ki, nəticədə parçanın sıxlığında dəyişiklik
yaratmaqlamexaniki xassələrin müəyyən istiqamətdə dəyişdirilməsinə nail olunur.