Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 14
(plastikliyi, bərkliyi, qıvrımlığı, şəffaflığı, kalorit tərtibatı və s.) ciddi nəzərə
alınmalıdır. Ancaq bu sahədə buraxılan səhvlərin nəticəsidir ki, mal ehtiyatlarının
tərkibində əhali tələbinə uyğun gəlməyən, mənəvi cəhətdən köhnəlmiş parçaların
xüsusi çəkisi daha tez və ilbəil artır. Onları tez-tez ucuzlaşdırmaq lazım gəlir.
Parçalarda xoşagəlmə və nüfuz kateqoriyalarına da daha böyük üstünlük
verilməlidir. Parçaların sayalığında, yumşaqlığında, istiliyində xoşagələn və
xoşagəlməyən hislər doğuran cəhətlər olur. Bunlar təsadüfi xarakter daşımır.
Xüsusilə yun və ipək parçalarda bu cəhətlərə əhəmiyyət vermək lazımdır. Parçanın
tutumu, qrifi, tiftiyi, səthi strukturası insanda zərif hissi duyğular əmələ gətirməli,
onun nəcibliyi haqqında təsəvvürü təmin etməlidir.
Əlbəttə, burada əmtəəşünaslıq elminin müəyyən etdiyi kimi müxtəlif fiziki
xassələrdən, quruluş göstəricilərindən geniş istifadə etmək lazımdır. Lakin təəssüf
ki, təcrübədə parçaların estetik xassələri əsasən, subyektiv metodlarla, ekspert və
sosioloji təhlillə qiymətləndirilməli olur.
Parçaların etibarlılıq göstəriciləri də onun istehlak xassələrinin çox mühüm
cəhətlərini əhatə edir.
Hər bir parça növünün istehlak xassələri bilavasitə onun istehsal prosesində
formalaşdırılır. Geyim malları istehsalı zamanı müasir modanın istiqamətləri
nəzərə alınmaqla hazır məmulatın keyfiyyətinin formalaşdırılması prosesində
seçilmiş parça materiallarının həlledici rolu vardır. Odur ki, rəssam-modelçi
(dizayner) nəinki parçanın xassələrini yaxşı bilməli, eyni zamanda onun xarici
tərtibatı haqqında da məlumatı olmalıdır ki, hazırlanmış geyim əşyası geyilməyə
qarşı davamlı olmaqla yanaşı, həm də gözəl görkəmə malik olsun. Bundan əlavə,
modelçi seçilmiş parça materialının emalı xüsusiyyətini bilməli, məmulatın
hazırlanması mərhələsində parçada baş verəcək xassə dəyişikliyi barədə məlumatı
olmalıdır ki, bu cür dəyişkənlilik geyimin formasının və siluetinin yaradılmasına
müsbət təsir göstərmiş olsun.
İplik və sapların keyfiyyət göstəriciləri öz növbəsində, parçaların istehlak
xassələrinə təsiri şübhəsizdir. Odur ki, iplik və sapların keyfiyyəti də onun