Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   10   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

11 
çəkilən maddi tələbatənə ödəyir. Belə ki, hər bir parça nümunəsi və ondan 
hazırlanan məmulat insanın antropometrik, fizioloji, gigiyenik tələblər üzrə maddi 
tələbatının konkret sahə üzrə daha yüksək səviyyədə ödənilməsini təmin etməlidir. 
Məsələn, geyimdirsə, unsan bədəninin normal fəaliyyətinə təminat verməli, 
qiymətin ölçülməsinə və formasına tam uyğun gəlməlidir və müəyyən funksiyanı 
yerinə yetirməlidir. Orqanizmə mənfi təsir göstərməməlidir. Beləliklə, parça insan 
üçün əşya mühitinin yaradılmasında ən yararlı istehlak şeyləri kimi iştirak 
etməlidir. 
Parçanın xassələri insanın iqlim şəraiti ilə əlaqəsinin elementi kimi özünü 
göstərməsi çox təbii haldır. Belə ki, “insan-məmulat-təbii iqlim şəraiti” sistemində 
geyim insanın orqanizminin mühitlə əlaqəsi vasitəsi olur. Bu bir tərəfdən insanı 
mühitin kəskin təsirlərindən mühafizə etmək, digər tərəfdən isə mühitlə rabitə 
yaratmaq məqsədi güdür. Özü də bu baxımdan parça və ya ondan olan geyim ətraf 
mühiti hava-nəmlik şəraitindən, hərarətindən, təmizliyindən və bir sıra digər 
parametrlərindən asılı olaraq seçilir. Burada, deməli, parça fiizki-mexaniki 
davamlılıq xassələrinə, mühitlə rabitə yaradan xassələrə malik olmalıdır. Məsələn, 
bədəni mexaniki təsirlərdən, zədədən, istilikdən, rütubətdən, birbaşa günəş 
şüasından mühafizə etmək üçün parçanın dartılmaya, sürtülməyə, cırılmaya, 
deşilməyə, deformasiyaya, əzilməyə, qatlanmağa, sökülməyə qarşı davamlılığı 
təmin edən xassələri, həm də istilik, işıq, rütubət təsirindən mühafizə qabiliyyəti 
olmalıdır. 
Ətraf mühitlə qaz-nəmlik əlaqələrini qurmaq üçün parçalar hava keçirmək, su 
keçirmək xassələrinə, bir sözlə, sorbsiya və keçirmə xassələrinə malik olmalıdır. 
Parçalarda belə xassələrə onların təyinatından asılı olaraq çox müxtəlif 
formada üstünlük verilir. Xüsusilə mövsümi istifadə ilə əlaqədar olaraq parçalar 
yaxşı hava keçirən, tənəffüsü asanlaşdıran olmalıdırlar. İsti vaxtlarda parçalar 
geyimdə istilik-mühafizə materialı kimi çıxış edə bilir. Məsələn, xarici mühitdə 
40ºC hərarət olan şəraitdə kostyumun səthində 39ºC, kostyumla dəyişən arasında 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin