Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

13 
mühüm kateqoriyalarından biridir. Buna görə estetik tələbləri yaratmaq və parçalar 
üzrə həmin tələblərin mənəvi ödənilməsini təmin etmək üçün bu materialların 
qeyri-maddi tələbləri ödəyən xassələrini qiymətləndirmədə nəzərə almalıyıq. 
Həmin xassələri isə müəllif V.P.Skliyannikov toxuculuq materiallarına müvafiq 
olaraq aşağıdakı qruplara bölür: 
1. Parçaların estetik xassələri; 
2. Parçaların xassələrində xoşagəlmə kateqoriyaları. 
Parçalara həm də dekorativ-tətbiqi incəsənət nümunələri kimi baxılır. Onlar 
özlüyündə adamların estetik tələbatını ödəyə bilən estetik dəyərə, sambala, nüfuza 
malik olmalıdır. Bu xassə bir sıra yun, ipək və pambıq parçalarda daha çox 
üstünlük təşkil edir. Məsələn, yun parçalar istər gigiyenikliyinə və istərsə də 
istismar xassələrinə, ucuzluğuna görə bütün digər parçalardan üstün olur. Yəni 
onların istehlak xassələri onlara qoyulan qiyməti daha yüksək səviyyədə ödəyə 
bilir. Kamvol yun parçalar onlardan hazırlanan məmulatın insana daha zəif
yaraşıqlı görkəm verməsinə, material mühitinin təşkilinin ətraf mühitlə əlaqəsini 
təmin etməsinə, mənəvi-bədii tərtibat üsullarını daha yaxşı nümayiş etdirməsinə
cəlbedici olmasına görə yeri gəldikcə istehlakçı rəğbətini daha yüksək hərarətlə 
qazana bilir. 
Parçaların estetikliyi həm də onun funksional xassələri ilə əlaqədə olur. O, 
harmoniyanın ümumi qanunlarına, üslub tərtiblərinə, milli ənənələrə, modanın 
tələblərinə, fərdi zövqə, intellektual yaradıcı kompozisiyaya daha çox uyğun gəlir. 
İntellektual yaradıcı kompozisiya istehlakçıların öz zövqü əsasında yaradılan əşya 
mühitinin estetik təzahürünü (təsirini) ifadə edir. 
Bütün bu deyilənlər parçaların modalılığı haqqında əmtəəşünaslıq biliyinin 
genişləndirilməsini və işdə istifadə edilməsini zəruri edir. 
Əlbəttə, burada nəzəri ədəbiyyatlar üzrə verilən materialları yenidən 
ümumiləşdirməyə ehtiyac yoxdur. Lakin yadda saxlamaq lazımdır ki, ticarətə daxil 
olan parçaların istehlak xassələrinin qiymətləndirilməsində parçanın forması, 
estetik tərtibatı, silueti, kütləsi və bu kimi emosional təsir oyadan xassələri 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin