Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 10
istehlak mühiti yaradır və bu parçaların və onlardan tikilən məmulatın
köhnəlməsinə çox müxtəlif səviyyədə təsir göstərir.
Qeyd etmək lazımdır ki, parçaların ənənəvi (faydalılıq) xassələri əsasən üç
qrupda istehlak tələblərinin ödənilməsinə təminat verir. Bunlar da özlüyündə
antropometrik, fizioloji və gigiyenik tələblər adlandırırlar.
Antropometrik tələblər parçanın ölçü göstəricilərinin ondan tikilən geyimin
insan qamətinin ölçülərinə uyğun tikilməsini təmin etməyi nəzərdə tutur. Bu şərtlər
əsasən tikili mallara aid bölmədə daha ətraflı öyrənilir. Lakin burada da parçanın
məmulata çevrilməsi zamanı onun itkisinin minimuma endirilməsi imkanı nəzərə
alınmalıdır. Bu da parçanın eninin, bəzək və güllərinin formasının və digər
şərtlərinin optimallaşdırılmasını tələb edir.
Fizioloji tələblərdə parçanın insan qamətini yükləməsini, insanın fəaliyyətini
məhdudlaşdıra, kütləşdirə bilən cəhətlərin azaldılması nəzərdə tutulur. Məsələn,
parçaların qalınlığı, codluğu, daha çox nazik olması, deformasiya zamanı
strukturunun dəyişməsi, saplarının, tikilişinin sürüşməsi və bu kimi şərtlər burada
nəzərə alınır. Məsələn, xarakterizə etdikdə aydın olur ki, 323736, 32391, 32396,
32496, 32188 artikullarda yun parçalar çox nazikdir, əziləndir, onların tikişləri
qırışır. Belə parçaların bərk dartılması onların strukturunu dəyişir. Bu parçalardan
hazırlanmış geyimləri istehlak edərkən istehlakçılar öz bədən hərəkətlərini
məhdudlaşdırmalı olurlar. Belə parçalardan bədənə kip yapışan geyim
nümunələrinin tikilməsi məsləhət görülmür.
Komvol yun parçaların gigiyenik tələbləri ödəməsi üçün onların hava
keçirməsi, buxar keçirməsi, hiqroskopikliyi, çirklənməsi, çirkdən təmizlənməsi,
şüa keçirməsi, elektriklənməsi (kimyəvi maddədən alınan lifli parçalarda bu daha
çox nəzərə çarpır), bədən qıcıqlandırması və bu kimi xassələrə nəzarət edilir.
Bunlar həmin parçalar üzrə hazırlanan geyimlərdə insanın hissi rahatlığını, normal
fəaliyyətini və iş qabiliyyətini təmin etməyi nəzərdə tutur.
Parçaların hər biri insanın əşya mühitinin elementlərindən bir olur. O, insan
bədəni ilə təmasda olur. O, əşya mühitinə daxil olmaqla insanın yuxarıda adı