Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


Toxuculuq mallarının istehlak xassələrinin əsasını onların təbii xassələri 
təşkil edir. Məlum olduğu kimi, parçaların istehlak dəyərini təşkil edən bütün 
xassələr məcmusu kompleks halda götürülərək istehlak xassələri adlanır. Lakin 
müasir ədəbiyyatlarda malların istehlak dəyəri anlayışının daha çoxcəhətli 
olduğunun dönə-dönə izah edildiyini də bilirik. 
V.P.Skliyannikovun, V.Q.Parxomenkonun və digər əmtəəşünas alimlərin 
müəllifliyi ilə yazılan dərsliklərin köməyi əsasında toxuculuq mallarının istehlak 
xassələri haqqında daha məqsədyönlü fikrə gəlmək olur.
Toxuculuq malları arasında parçaların istehlak xassələrinin öyrənilməsinə 
daha çox üstünlük verilir. Çünki bu qrup toxuculuq malları xalq istehlakında geniş 
tətbiq edilir, həm də əmtəəşünaslığın bir çox nəzəri-metodoloji məsələlərinin 
parçalar üzrə nəzərdən keçirilməsi onun başqa qrup toxuculuq mallarına da aid 
edilməsini asanlaşdırır. 
Komvol yun parçaların istehlak xassələri dedikdə, onların müəyyən təyinat 
üzrə istifadə edilməsi mümkünlüyünü şərtləndirən xassələrin məcmusu başa 
düşülür. Bu xassələr parçaları təşkil edən materialların təbii xassələrindən, həm də 
süni, sintetik üsullarla və ya texnoloji emal yolu ilə, onları istehlak üçün yararlı 
hala salmaq məqsədi ilə dəyişdirilən və ya təkmilləşdirilən xassələrinin 
xarakterindən asılı olur. Əslində, parçanın istehlak dəyərini təşkil edən həmin 
xassələr özlüyündə fiziki, kimyəvi, bioloji və estetik xassələrin məcmusundan 
ibarət olur. 
Qeyd etmək lazımdır ki, komvol yun parçaların istehlak xassələri, birinci 
növbədə, onların təyinatına nəzərən öyrənilməlidir və bu bütün imkanlarda 
parçaların 
funksional 
cəhətdən 
əhali 
tələbatını 
ödəyən 
xassələrinin 
yaxşılaşdırılmasına 
xidmət 
etməlidir. 
Texnoloji 
tələbat 
və 
texnoloji 
təkmilləşdirmələr isə buna tabe edilirlər. Parçaların funksional xassəsi onların 
konkret olaraq müəyyən bir tələbi ödəmək xassəsidir. Lakin yeri gəlmişkən, qeyd 
etmək lazımdır ki, parçaların ticarət çeşidi bir geyim materialı kimi onların 
xassələrinin zəngin olmasına və müxtəlif təyinat üçün işlədilə bilməsini təmin 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin