Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə11/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

15 
texnoloji hazırlığı ilə əlaqədardır. İplik və sapların vacib keyfiyyət göstəriciləri 
uzunluğu boyunca eyni qalınlığa malik olması, burulma dərəcəsi, davamlılığı və 
uzanmasıdır. Odur ki, qüvvədə olan standartlarda və sapların keyfiyyətini təyin 
edən xassələr üçün normalar müəyyənləşdirilmişdir. İplik və saplarda rast gələn 
nöqsanlar görünə bilən və gizli nöqsanlara ayrılır ki, bunlar da kostyumluq 
parçaların istehlak xassələrinə mənfi təsir göstərir. Görünən nöqsanları adi gözlə 
aşkar etmək mümkündür. Lakin gizli nöqsanlar əsasən iplik və sapların əyrilməsi 
prosesində baş verir və bu nöqsanlar nəinki hazır materialın xarici görünüşünü
eyni zamanda parçaların mexaniki xassələrini pisləşdirir. Belə nöqsanlar, öz 
növbəsində, 
lif 
növünün 
aşağı 
keyfiyyətli 
olmasından, 
həddən 
artıq 
zibilləşməsindən, əyrici maşınların düzgün işləməməsi və s. kimi amillərdən 
yaranır. Belə nöqsanlar ipliklərinə zibilləşmədən yaxşı təmizlənə bilməməsi
əyrilmiş ipliklərinə ayrı-ayrı yerlərində yoğunlaşma və ya nazikləşmə, ipliklərinə 
bəzi yerlərində şişmə halları, ilgək və ya burulma halların olması, burulmanın 
həddən çox və ya az olması, çirklənmə halları, xovluluq, yapışma halları və s. 
aiddir. 
Parçaların istehlak xassələrinin formalaşdırılmasının əsas amillərindən biri 
toxunma prosesidir. Parça dedikdə, toxuculuq dəzgahında iki sistem, yəni əriş və 
arğac saplarının bir-birləri ilə çarpazlaşması nəticəsində baş verən sistem kimi başa 
düşülür. Parçanın uzunu istiqamətində gedən saplara əriş, köndələn istiqamətində 
gedənlərə arğac sapları deyilir. Parçanın toxunması prosesi iki mərhələdən, yəni 
hazırlıq və toxunma əməliyyatlarından ibarətdir. Burada hazırlıq əməliyyatlarının 
əsas vəzifəsi əriş və arğac saplarının toxunmaya hazırlanmasından, toxunma 
əməliyyatları isə parça polotnosunun alınmasından ibarətdir. Arğac sapının 
toxunmaya hazırlığı onun bobinlərə və ya məkiklərə sarınmasından ibarətdir. 
Lakin əriş saplarının toxunmaya hazırlanması bir neçə mürəkkəb əməliyyatlardan 
ibarətdir ki, burada sarınma, snovka, yumşaldıcı maddələrlə hopdurulma
remizkadan keçirilmə aiddir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin