Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə17/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

22 
azdözümlülüyə malik olduğundan, belə şərait, öz növbəsində, malın keyfiyyətinə 
təsir göstərə bilir. 
Xammalın seçilməsi və qarışığın hazırlanması. Bir qayda olaraq, xammalın 
seçilməsi alınan ipliyin keyfiyyətinin formalaşdırılmasına həlledici təsir göstərir. 
Beləki, həmişə uzun lif növlərindən daha dözümlü, hamar və nazik ipliklər almaq 
mümkündür. 
Məlumdur ki, bir neçə növ ipliklərin alınmasında eynicinsli xammaldan, lakin 
müxtəlif sorta daxil olan, habelə müxtəlif lif tərkibinə malik olan, məsələn, 
pambıq+lavsan, yun+nitron, yun+nitron+viskoz lifi qarışıqlarından da istifadə 
edilir. Bu cür qarışıqlı ipliklər ona görə istehsal edilir ki, bunlar parçanın bir neçə 
xassələrinə, 
məsələn, 
yumşaqlığına, 
yüksək 
davamlılığına, 
elastikliyinə, 
sürtünməyə qarşı əks dayanması kimi vacib xassələrinə müsbət təsir göstərir. Eyni 
zamanda parçanın maya dəyərini aşağı salmağa şərait yaradır. Deməli, xammal 
qarışığının keyfiyyəti ipliyin növünü, xassələrini və bütövlükdə isə parçanın 
istehlak xassələrini müəyyənləşdirir. Buna görə də iplik və sapların 
hazırlanmasında istifadə olunan lif tərkibi parçalara aid texniki şərtlərdə və 
standartlarda öz əksini tapır. Xammal seçildikdən sonra onları bir-birlərilə 
qarışdırırlar ki, eynicinsli material alına bilsin və bu da öz növbəsində ipliyin 
quruluşuna və xassələrinə müsbət təsir göstərir. Liflərin qarışdırılmasını hətta iplik 
istehsalının sonrakı əyrilməsi prosesində də həyata keçirmək olar. 
Lif tərkibinin çırpılması və təmizlənməsi. Çırpılma prosesində lifli 
materiallar bir növ didilmiş vəziyyətə düşür və hətta onda olan kobud kənar 
qarışıqlar da təmizlənir. Bunun üçün xüsusi dişləri olan mexaniki dəzgahlardan 
keçirməklə lif tərkibi didişdirilir və sonra isə dəzgahın vurucu çəkiclərinin iştirakı 
ilə döyülür ki, kənar qarışıqlar lif tərkibindən təmizlənsin. Didişdirici maşınlarda 
lif tərkibi qarışdırılan zaman liflər yağlı emulsiya ilə yağlanır. Çünki yağlanma 
prosesi liflərin sürtünməsi zamanı elektrikləşməsinin qarşısını alır, lifin hərəkət 
etməsini asanlaşdırır və sonrakı əməliyyatda gövdəsinin düzlənməsini təmin edir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin