Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 19
bərpa edirlər. Bundan əlavə, belə parçaları yenidən antistatik məhlullarla da emal
edirlər ki, elektrikləşmənin qarşısı alınmış olsun.
Döyülmə kamvol parçalar istehsalında ən vacib arayışlandırma əməliyyatı
sayılır. Bu əməliyyat apparat ipliyindən toxunan xalis və yarımyun parçalarda
tətbiq olunmaqla onun quruluşuna və xassələrinə əsaslı surətdə təsir göstərir.
Döyülmə zamanı parçanın eni və uzunu istiqamətlərdə sıxlaşma baş verərək, həm
də parçanın qalınlığı artırılır. Yun lifinin keçələşmə qabiliyyətindən istifadə
olunaraq parçanın üzərində keçəyə bənzər təbəqə əmələ gəlir. Bu əməliyyatdan
sonra parça yumşalır, sıxlaşdırılır, istiliksaxlama qabiliyyəti artırılır və parçanın
geyilməyə qarşı davamlılığı çoxaldıla bilir. Bu əməliyyat xüsusi maşınlarda
parçanın üz tərəfində təzyiq nəticəsində liflərin kütləvi yerdəyişməsi hesabına
keçəyəbənzər qatın yaradılmasına qədər davam etdirilir. Xüsusilə zərif yun lifindən
olan parçalar bu prosesə daha yararlı olur. Döyülmə əməliyyatının müddətindən
asılı olaraq yun parçaların bir neçə yararlı xassələrini formalaşdırmaq mümkündür.
Bu baxımdan, güclü mülayim və zəif döyülmə tətbiq edilir. Güclü döyülmə 3,5-8
saat ərzində aparılır ki, parçanın toxunma naxışı keçəyəbənzər təbəqənin altında
qalaraq görsənmir. Mülayim döyülmə prosesi 2 saat ərzində aparılır və nəticədə
parçadakı toxunma naxışı azacıq görsənir. Zəif döyülmə boston və paltoluq
parçalarda tətbiq edilir və bu proses 20-40 dəqiqə ərzində başa çatdırılır. Bu ən çox
daranmış yundan olan parçalar üçün tətbiq edilir və parçanın üzərində toxunma
naxışları aydın görsənir.
Karbonizasiyalı əməliyyatı yun parçalarının arayışlandırılmasında tətbiq
olunan vacib əməliyyatdan birisi olmaqla, ancaq xalis yundan olan parçalar üçün
istifadə olunur. Məqsəd yun parçanın tərkibinə düşən sellülozanı yox etməkdən
ibarətdir. Bunun üçün parça 4-5%-li kükürd turıusu məhlulu ilə emal edilib, sıxılıb,
qurudulur. Sonra isə onu 105-110ºC-də qızdırılma əməliyyatından keçirdirlər ki,
əmələ gələn hidrosellüloza kömürləşib yox olur. Sonra isə parçada qalan artıq turşu
qalığı və parçalanmış sellüloza hissəciklərinin yox edilməsi baş vurur. Bunun üçün
zəif tərkibli soda məhlulundan istifadə edilir.