Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Məhsulun keyfiyyətinin idarəedilməsinin



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə34/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   30   31   32   33   34   35   36   37   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

 
2.Məhsulun keyfiyyətinin idarəedilməsinin
aspektləri. 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

41 
 Spesifilik – tədqiqat obyektinin xüsusiyyətlərini nəzərə alır; 
 Vaxtlı-vaxtında həyata keçirilmə - lazımi vaxtda tədqiqatların aparılmasını 
və qərarların qəbul edilməsini təmin edir. 
Bu və ya digər təsnifat növləri tətbiq edilir, məsələn, fundamental və tətbiqi, 
lokal və kompleks və s. 
Tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövri və müntəzəm ola bilər. 
Tədqiqatın nəticələrindən istifadə sahəsinə görə onlar fundamental və tətbiqi 
olur. Fundamental tədqiqatların məqsədi KİE-nin yeni qanunlarının və 
qanunauyğunluqlarının aşkar edilməsi və işlənməsidir. 
Tətbiqi tədqiqatların məqsədi isə keyfiyyətin idarə edilməsi və təmin 
olunmasının praktiki problem və məsələlərinin həllində fundamental tədqiqatlarda 
və texnikada əldə edilən nailiyyətlərdən istifadə etməkdir. 
Qeyd etmək lazımdır ki, KİE-nin tədqiqi əsasən tətbiqi xarakter daşıyır və 
həm emprik, həm də nəzəri istiqamətlərdə aparıla bilər. Birinci halda tədqiqatın 
nəticələri müxtəlif müşahidələrin və eksperimentlərin köməyi ilə olunur. Ikinci 
halda keyfiyyətin idarə edilməsində baş verən hadisələrin dərk olunması müəyyən 
abstrakt obyektlərdən istifadəyə əsaslanır. 
Təşkilatlarda KİE-də tədqiqatların dərinliyi və əhatəliliyi tədqiqatın iki növü 
ilə, lokal (yarımsistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə 
qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir) və kompleks (idarəetmə elementlərinin 
xassələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə öyrənilir) növləriylə təmin edilir. 
 KİE sisteminin müəyyən çərçivədə açıq sistem kimi öyrənilməsi. Bu 
sistemdə daxili və xarici mühit, daxili və xarici məqsədlər, yarımsistemlərin 
məqsədləri, məqsədə çatmaq üçün strategiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. 
Beləliklə, bir elementdə dəyişiklik digər elementlərdə və ümumilikdə sistemdə 
dəyişikliklərə səbəb olur; 
 KİE sisteminin spesifik xassələrə malik, qarşılıqlı təsirdə və əlaqədə olan 
elementlərdən və yarımsistemlərdən təşkil olunan bütöv bir sistem şəklində 
öyrənilməsi; 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin