Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə33/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

39 
Burada, 
i
P
- qiymətləndirilən məmulatın keyfiyyət göstəricisidir; 
i
P
- etalon-nümunənin keyfiyyət göstəricisidir.
Bu yuxarıda göstərilən 2 formuladan elə növünü seçirlər ki, keyfiyyət 
səviyyəsinin yüksəlməsi qiymətləndirilən məmulatın keyfiyyət səviyyəsinə uyğun 
gəlir. Diferensiallaşdırılmış keyfiyyət səviyyəsinin qiymətləndirilməsində xassə 
göstəricilərinin müqayisə ediləcək nümunə səviyyəsinə gətirilməsi və nə də 
sanballıq əmsalını təyini üsulundan istifadə olunmasına ehtiyac duyulmur. Bu 
zaman baş verə biləcək nöqsandan da azad olunur və imkan yaranır ki, təhlil 
olunan məmulat hansı xassəsinə görə ən yaxşı məmulat növünə uyğun gəlir. 
Lakin tez-tez hallarda ən vacib xassələrin nisbi göstəricilərinin müəyyən 
qismi vahidə bərabər və yaxud da çox ola bilir. Belə halda keyfiyyət səviyyəsinin 
kompleks qiymətləndirilməsinə keçmək olar və aşağıdakı formula ilə hesablanır. 



n
1
i
baza
i
i
i
k
k
m
q
burada, q – kompleks keyfiyyət göstəricisi səviyyəsidir; 
1,2,......, i, n - keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün götürülən 
xassələrin sayıdır; 
i
m
- i saylı xassələrin sanballıq əmsalıdır; 
i
k
- i saylı xassələrin keyfiyyətinin qiymətləndirilməsidir; 
baza
i
k
- etalon və ya baza nümunəsinin keyfiyyət göstəricisidir. 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

40 
Müəssisələrin səmərəli fəaliyyətinin təşkili müasir sənayenin qarşısında duran 
başlıca vəzifələrdən biridir. Müəssisələrin fəaliyyətinin səmərəliliyi onların istehsal 
etdikləri məhsulların keyfiyyətindən xeyli dərəcədə asılıdır. Müəssisədə istehsal 
olunan məhsul nə qədər yüksək keyfiyyətə malik olarsa, onun əmtəə bazarı da bir o 
qədər genişlənir və bunun müqabilində də müəssisənin gəliri artır. Əksinə, 
məhsulun keyfiyyətsiz yaradılması onun əmtəə bazarını məhdudlaşdırır və nəticədə 
müəssisənin gəliri azalır. Ona görə də məhsulun yaradılması və istehsalının bütün 
mərhələlərində keyfiyyətin idarə edilməsi işinin mühüm əhəmiyyətə malikdir. 
Keyfiyyət sahəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəçilik 
fəaliyyəti, idarə olunan obyektə təsirin üsul və qaydaları keyfiyyətin idarə 
edilməsinin metodlarını təşkil edir. Praktikada iqtisadi, təşkilati-tapşırma (inzibati) 
və sosial-psixoloji, tədqiqat və s. metodları geniş tətbiq olunur. 
Müxtəlif fəaliyyət sahələrində mövcud olan keyfiyyətin idarəedilməsi 
sistemlərini təkmilləşdirmək, inkişaf etdirmək üçün, müasir bazar münasibətləri 
şəraitində onun yeni cəhətlərini müəyyənləşdirmək üçün keyfiyyətin idarə edilməsi 
məsələləri effektiv üsullarla tədqiq olunmalıdır. Kİ sisteminin sonrakı əhəmiyyətli 
dərəcədə bu zaman əldə edilən nəticələrdən asılıdır. 
Keyfiyyətin idarə edilməsinin tədqiqi aşağıdakı ümumi tələblərə cavab 
verməlidir: 
 Məqsədyönlülük – tədqiqatın hüdudlarını müəyyənləşdirməyə imkan 
verir; 
 Obyektivlik – müvafiq tədqiqat metodlarından istifadə etməklə, KİE-nin 
vəziyyətini tam əks etdirən keyfiyyət göstəricilərini seçməklə, icraçıları səriştəli 
mütəxəssislərdən seçməklə və s. əldə olunur; 
 Sistemlilik – tədqiqatların əhatəli və dövrü olmasını təmin edir; 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin