Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə35/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

42 
 KİE sisteminin fəaliyyət parametrlərinin və göstəricilərinin dinamiklik 
şəraitində öyrənilməsi. 
KİE-nin tədqiqində tətbiq edilən metodlar nəzəri, emprik, nəzəri-emprik 
metodlara bölünə bilər. 
Nəzəri metodlara aşağıdakılar aiddir: 
 Formalaşdırma metodu. Bu metod KİE sisteminin təşkilinin və 
strukturunun süni dillərin və simvolların köməyi ilə öyrənilməsini nəzərdə tutur və 
digər metodlarla (modelləşdirmə, ideallaşdırma və s.) qarşılıqlı əlaqəli şəkildə 
tətbiq edilir; 
 Aksiomalaşdırma metodu. Bu metod tədqiqatın nəticələrinin məntiqi 
aksiomlar bazasından alınmasını nəzərdə tutur; 
 Ideallasdırma metodu. Bu metod KİE sisteminin element və ya 
komponentlərinin müəyyən xassələrini ideallasdırmaqla öyrənilməsini nəzərdə 
tutur; 
 Abstraktdan konkretə keçid. Bu metod nəticələrin əldə edilməsində abstrakt 
olaraq hissələrə bölünmüş tədqiqat obyektinin məntiqi öyrənilməsindən, onun tam 
(bütöv) şəkildə dərk edilməsinə keçməyə əsaslanır. 
Emprik metodlara aşağıdakılar aiddir: 
 Muşahidə - KİE obyektinin xassə göstəricilərinin və parametrlərinin qeyd 
olunmasına əsaslanır; 
 Ölçmə 

KİE 
obyektinin 
tətqiq 
olunan 
xassələrinin 
ədədi 
qiymətləndirilməsinə imkan verir; 
 Müqayisəetmə - tətqiq olunan obyektin analoqla (etalon, nümunə və s.) 
fərqli və ümumi cəhətləri müəyyənləşdirilir; 
 Eksperiment - tədqiq olunan obyektin onun üçün süni yaradılmış şəraitdə 
tədqiqatına əsaslanır. Bu metod digər metodlardan (məsələn, müşahidə ölçmə, 
müqayisəetmə və s.) istifadəni nəzərdə tutur. 
Nəzəri-emprik tədqiqat metodlarına aşağıdakılar daxildir: 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

43 
 Absraktlaşdırma - tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun 
daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır; 
 Analiz və sintez - tədqiqat zamanı öyrənilən obyektin müxtəlif üsullarla 
elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə 
birləşdirilməsi (sintez); 
 İnduksiya və deduksiya - xüsusidən ümumiyə (induksiya), ümumidən 
xüsusiyə (deduksiya) dərketmə bazasında tədqiqatin nəticələrinin alınmasına 
əsaslanır; 
 Modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir. 
Bu metodda modelin tədqiqatının nəticələri inteqrasiya olunur. 
KİE-nin tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla, məhsul və xidmətin 
həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfiyyətin idarə edilməsinin 
yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlərinə və s. görə 
də sinifləşdirilə bilər. 
Analiz növlərinə proqnostik, diaqnostik, detallar üzrə və qlobal analiz 
daxildir. 
KİE-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik 
analiz həyata keçirilir. 
KİE-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf 
istiqamətlərini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində KİE 
sisteminin təkmilləşdirilməsi üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və 
tədbirləri də müəyyənləşdirilməlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna 
bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa 
düşülür. Diaqnostik analizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr 
müəyyənləşdirilərək idarəetmənin qüsurları və onların aradan qaldırılması yolları 
təyin edilir. 
KİE-də tədqiqatların təsnifatından, aparılan analizin növlərindən və digər 
tədqiqat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan 
təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin