Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 51
7. İdarəetmədə yeni üsullar istifadə etmək.
8. İşçilərdə, işdəki səhvlərə görə cavabdehlik qorxusuna yol verməmək.
9. Şöbələrin fəaliyyətində heç bir baryer olmamalıdır.
10. İşlərin təşkilində, real hərəkətlərdə əsaslandırılmamış çağırış və şüarlardan
istifadə etməmək.
11. İşçilən heç birinin fəaliyyətini kəmiyyət normaları ilə qiymətləndirməmək.
12. İşçilərdə, öz ixtisasına hörmət və iftixar hislərini azaldan bütün səbəbləri
kənar etmək.
13. Öyrənməyə, təhsilini artırmağa və sərbəst təhsil almağa yönələn təşəbbüsü
həvəsləndirmək.
14. Yüksək vəzifəli rəhbərlər keyfiyyət sahəsində şö öhdəliklərini aydın
şəkildə qoymalıdır.
Bununla yanaşı, Kİ-na münasib olaraq, idarəetmənin əsas ümumi sistemli
prinsiplərinə əsaslanmaq məqsədəuyğundur. Bunlara aşağıdakıları aid etmək olar:
Qoyulan məqsədə çatmaq üçün uyğun olan yarımsistemlərin formalaşması
ilə reallaşma, müəyyən məqsədə yönəldilmə;
Kİ-da istifadə olunan, bütün formalaşan yarımsistemlərin, elementlərin,
məhsulun həyat dövrünün mərhələsi, ierarxiya səviyyəsi və bütün kompleks
təşkilati, iqtisadi, sosial, elmi-texniki, istehsalat və başqa tədbirlərin qarşılıqlı
bağlanması ilə başa çatan komplekslilik;
Sistemdə, yarımsistemdə və elementlərdə tam ümumi funksional
silsilənin,
işin
proqnozlaşdırılması
və
planlaşdırılması,
təşkil
etməsi,
koordinasiyası və s. daxil etməklə reallaşan Kİ ümumi funksiyalarının qapanması
(idarəedilmə prosesinin qapanması);
Kİ-da bütün işlərin, onların uzunmüddətliliyini və hərəkətin dinamikasının
daim görülməsini müəyyən edən sistemlilik.
Sadalanan ümumisistemli prinsiplərə sadəlik və asanlıq prinsipini əlavə
etmək lazımdı. Bazar şəraitində bu son dərəcə mühümdür.