Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 48
göstərildiyindən bir qədər qısa şərh edilir, çünki standartlara görə keyfiyyət ancaq
hazırlanma mərhələsində təmin olunur. Bununla bərabər, həqiqətən rəqabət aparma
bacarığına malik olan məhsulun keyfiyyətinin təmin olunması üçün keyfiyyətin
idarəedilməsinin təsir dairəsi geniş olmalıdır. O, alıcıların istehsalçıya etibarını
yaradan, onun istehsal fəaliyyətinin bütün mərhələlərində keyfiyyətə görə müəyyən
tələblərini təmin edən məhsulun istehsalında və istifadəsində operativ xarakterli
tədbirləri əhatə etməlidir.
Məhsulun keyfiyyəti sahəsində problemlərin düzgün həll edilməsində tez-tez
istifadə olunan “məhsulun keyfiyyətinin yüksəldilməsi” və “məhsulun
keyfiyyətinin yaxşılaşdırılması” terminlərinin əhəmiyyətini daha aydın anlamaq
vacibdir. Ədəbiyyatda belə bir anlayış yaranmışdır ki, məhsulun keyfiyyətinin
yüksəldilməsi əsasən onun yaranması zamanı və yaxud modernləşdirilməsi ilə
həyata keçirilir. Bununla belə, keyfiyyət sistemlərinə 1989-cu ildə keçmiş SSRİ-
nin Dövlət standart mütəxəssisləri tərəfindən yaradılan zəmanətdə, keyfiyyətin
yaxşılaşdırılması daim məhsulun texniki səviyyəsinin yüksəlməsinə, onun
hazırlanma
keyfiyyətinə,
istehsalat
elementlərinin
və
Kİ
sistemlərinin
təkmilləşməsinə yönələn fəaliyyət kimi göstərilir. Məhsulun keyfiyyətinin
yaxşılaşdırılmasına dair belə şərh əvvəlki illərdə yarananlardan xeyli genişdir, yəni
keyfiyyətin
yaxşılaşmasına
aid
yeni
anlayış
“məhsulun
keyfiyyətinin
yüksəldilməsi” termininin mahiyyətini açır. Beləliklə, keyfiyyətin yüksəldilməsi
zamanı idarəetmə obyekti məhsulun hazırlanmasının hər mərhələsində istehsalatın
hər hansı bir elementi və yaxud kompleks sistem şəklində ola bilər.
“Kompleks sistem” termininin mahiyyətini İSO 8402 standartı göstərir. Buna
uyğun olaraq, həmin sistem keyfiyyətə ümumi rəhbərliyin həyata keçməsini təmin
edən təşkilati strukturun birliyini, cavabdehliyini, prosedurunu, proseslərini və
resurslarını təşkil edir.
Müəssisələrin fəaliyyətinin səmərəliliyini müəyyən kateqoriyalı professional
işçilərin spesifik iş prosesindən və fəaliyyətindən asılıdır.