Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 47
gücləndirmək vacibdir. Hazırlanan məhsulun keyfiyyətinin yaxşılaşmasına və
yüksəlməsinə
yönəlmiş
müxtəlif
müsabiqələrin
keçirilməsi
təcrübəsinin
genişləndirilməsi də məqsədəuyğundur;
3. Keyfiyyət qruplarının dairəsinin genişləndirilməsi, daha çox sayda
işçilərin cəlb edilməsi və onların fəallığının və effektivliyinin yüksəldilməsi;
4. İstehsalat və sosial münasibətlərdə insan faktorunun realizasiyasını təmin
edən bütöv kompleks tədbirlərin həyata keçirilməsi və genişləndirilməsi;
5. Kİ sisteminin təkmilləşdirilməsində peşəkar mütəxəssislərdən istifadə.
Hazırda əksəriyyət istehsal müəssisələri öz məhsullarının keyfiyyət
səviyyəsini yoxlayır və sınaqdan keçirir. Məsələn, bir müəssisədə məmulatın
etibarlılığı yoxlanılır, digərlərində materialların keyfiyyətinə nəzarət olunur. Bir
neçə firmalar məhsulun texniki xidmətinə daha çox fikir verir. Lakin müasir
şəraitdə firmaların xarakterik xüsusiyyətləri keyfiyyətin kompleks sistem daxilində
idarə edilməsindən ibarətdir.
Kİ-nin sistemli həyata keçirilməsi aşağıda göstərilən şərtlər daxilində
olmalıdır. Kİ-nin bütün fəaliyyətinə bütöv sistem kimi baxılması, yarımsistemlərin
və sistemin elementlərinin tərkibinin və strukturunun müəyyənləşdirilməsi; onların
idarə edilməsinin təşkili, həmçinin onların arasında qarşılıqlı əlaqənin təmin
edilməsi; sistemin xarici əlaqələrinin müəyyən edilməsi və onların arasında əsas
olanların üzə çıxarılması; sistemin məqsəd və funksiyalarının müəyyən edilməsi və
onların digər sistemlər arasında əhəmiyyəti; bütün elementlərin və sistemin
hissələrinin təhlili və s.
Nəzəriyyə və təcrübədə “keyfiyyətin təmin olunması” termini geniş istifadə
olunur. Buna baxmayaraq, bu termin yoxdu, amma İSO 8402-də “keyfiyyətin
təmin olunması” termini var. Bu standartda göstərilən tərifə uyğunluqda
“keyfiyyətin təmin olunması-planlaşdırılmış və sistematik keçirilən tədbirlərin
birliyidir, hansı ki, məhsulun və yaxud xidmətin keyfiyyətə olan müəyyən
tələblərinin təmin edilməsində, yəqinlik yaratmaq üçün vacibdir”. Bizim ənənəyə
əsaslanan anlayışımızda keyfiyyətin təmin olunması Beynəlxalq standartda