Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə42/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

50 
bölüşdürmə, o cümlədən satışdan əvvəl xidmət; yükləmə; nəqletmə; saxlama; xalq 
istehlakı məhsullarının bir hissəsi üçün pərakəndə satış; müəllif nəzarəti, alıcılarla 
və bazarlarla əks əlaqənin təmin edilməsi). 
4. Məhsulun istifadəsi (istismar və yaxud istehlak); məhsulun istifadə
istismar və yaxud istehsalı üçün qəbulu, məqsədli istifadə, məhsulun texniki 
xidməti və profilaktik təmiri, yəni satışdan sonra xidmət; bərpa edilmə; istismardan 
çıxarma; məhsulun istifadəsi mərhələsində marketinq tədbirlərinin reallaşması və 
istismarçılarla əks əlaqənin təmin edilməsi. 
Alıcıların, hər zaman artan tələblərini təmin etmək üçün, Kİ elmi əsaslanmış 
prinsipləri birliyi bazasında həyata keçirmək lazımdı. Onların hamısını 
ümumisistemli və xüsusilərə bölmək olar. 
Ölkə xaricində Kİ prinsiplərində birlik təcrübəsi yoxdur. Onların hamısı, bir 
qayda olaraq, metodoloji yox, daha doğrusu, praqmatik xarakter daşıyır. Bu, yalnız 
keyfiyyət sahəsində məqsədə çatmaq planında menecerlərin hərəkət tərzinin 
formalaşmasına aid məqsəd və postulatlardır. Misal kimi, Kİ üzrə tanınmış 
Amerika mütəxəssisi E.Deminq tərəfindən tövsiyə edilən postulatlar çox 
faydalıdır. “Keyfiyyət, məhsuldarlıq, rəqabətaparma bacarığı” (1982) kitabında 
tələblər və menecerlərin hərəkət tərzinə aid öz konsepsiyasını o, 14 postulatda əks 
etdirmişdir, onların mahiyyəti aşağıdakı kimidir: 
1. Fəaliyyətin daimi məqsədi məhsulun keyfiyyəti və xidmətin yaxşılaşması 
olmalıdır. 
2. Fəaliyyətin hər hansı bir sahəsində, heç bir qüsur buraxılmamalıdır. 
3. İstifadə olunan statistik metodlardan çıxış edərək tədarükçüdən, tədarük 
edən məhsul növlərinin keyfiyyətinə təminat tələb etmək. 
4. Aşağı qiymətlərə əsaslanıb, məhsulun tədarük edilməsinə müqavilə 
bağlamamaq. 
5. İstehsalçı keyfiyyətlə bağlı problemləri aşkar etməli və onları həll 
etməlidir. 
6. Müəssisədə işləyən bütün işçilər təhsil almalıdır. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin