Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 61
edirlər. Biz də bu məqsədlə həmin cihazdan istifadə etməklə standart metodikaya
(QOST 3813-47) uyğun qaydalara riayət etməklə götürülmüş 4 variantda parça
nümunələrinin cırılmaya qarşı davamlılığını təyin etməyə çalışmışıq.
Götürülmüş parça variantlarının səthi sıxlığının fərqli cəhətlərini nəzərə
alaraq hər birindən 3 nümunə kəsilib götürülmüşdür. Hər bir nümunələrin eni 50
mm, uzunluğu isə 100 mm-ə bərabər olmuşdur. Lakin standart metodikaya görə
qalan parçaların cırılmaya qarşı davamlılığını təyin edərkən parça zolağının
uzunluğu 200 mm seçilməlidir. Hətta yun parçaların cırılma uzunluğunu və
cırılmaya qarşı davamlılığını təyin edərkən QOST 3810-47-yə əsasən kiçildilmiş
ölçülü 25x500 mm ölçülərdə də götürülməsinə icazə verilir. Nümunələr elə
kəsilməlidir ki, köndələn istiqamətdə (arğac üzrə) gedən sapların davamı digər
nümunənin köndələn gedən saplarına düşməsin.
Cihazın güc göstərən şkalasında yükün ölçü həddi tədqiq olunan parça
nümunəsinin cırılma həddindən 10 dəfə çox olmasına yol verilmir. Altdakı
bərkidici məngənənin sürəti aşağıdakı formula ilə hesablanır:
дяг
mm
T
S
60
H
H
H
- aşağı sıxıcının getdiyi tam yolun uzunluğudur, mm-lə;
T – nümunənin cırılmaya qədər olan uzanma prosesinin davam etməsidir,
san. Ilə.
Standart üzrə parça nümunəsinin cırılmaya qədər olan müddəti 30 saniyə
qəbul edilmişdir. Qaydaya görə götürülmüş parça nümunəsinin sıxıcılar və yaxud
da məngənənin birləşdirildiyi xətti boyunca dartılma zamanı cırılma halları baş
verərsə, tədqiqatın nəticəsi nəzərə alınmır, yaxud da nümunə sıxıcılar arasından
sürüşüb çıxarsa, yeni nümunə kəsilib bərkidilməlidir.
Tədqiqata başlamazdan əvvəl, cihazın iş prinsipi ilə tanış olub, bütün
hissələrin işləyib-işləməməsini yoxlamaq lazımdır. Bütün göstərici şkalanın
əqrəbləri başlanğıc rəqəminin üzərində yerləşdirilməli, yuxarıdakı bərkidici öz
yerində olmalı, aşağıdakı isə müəyyən məsafədə dayanıqlı olmalıdır. Sonra cihazın