Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 62
elektrik mühərrikini işə salıb, lazımi sürəti müəyyənləşdirərək dəstəklə 36
rəqəminin üzərindəki bölgüdə dayandırılır. Aşağıdakı bərkidicinin hərəkət sürətini
dəqiqləşdirmək məqsədilə saniyə ölçəni işə salıb yoxlayırlar. Əgər seçilmiş sürətlə
saniyəölçən arasında fərq alınarsa, onda fırlanan diskin qayışını və dişli çarxını
dala-qabağa doğru hərəkət etdirməklə lazımi faktiki sürəti almaq mümkündür.
Götürülmüş nümunə cihazın yuxarıdakı bərkidici 1 arasında yerləşdirilir və
yüngülcə sıxıcı vasitəsinə sıxılır. Sonra nümunənin digər ucu aşağıdakı sıxıcının 2
arasında yerləşdirilir və o da yüngülcə sıxılaraq bərkidilir. Bu zaman elə etmək
lazımdır ki, nümunənin həm yuxarı və həm də aşağıdakı uclarının kənarları hər iki
bərkidicilərin bölgüsünə uyğun yerləşdirilməlidir. Sonra yuxarı sıxıcını boşaldıb,
parça zolağının öz vəziyyətini düzəltməyə şərait yaratdıqdan sonra tez bir anda
yuxarı dəstəyin səxəcənə möhkəm bərkidirlər. Eyni halda aşağıdakı məngənənin
sıxıcısını da möhkəm bərkidirlər. Sonra yuxarıdakı bərkidicinin dəstəyi vasitəsilə
onu boşaldıb, aşağıdakı dəstəklə aşağı dartıcı məngənəni işlək vəziyyətinə salırlar.
Dinamometrin yuxarıdakı sıxıcı yüklə şkalanın 4 əqrəbi 3 ilə əlaqələndirilmişdir.
Aşağıdakı sıxıcı endirilən zaman parça nümunəsi zolağını yük dartır. Bu zaman
şkalanın əqrəbi tədqiq olunan nümunəyə düşən yükün miqdarını soldan sağa
istiqamətə hərəkət etməklə göstərməyə başlayır. Cihaz işləyərkən dartılma
prosesində parçanın həm uzanması və həm də müəyyən qüvvə altında cırılması baş
verir. Deməli, cırılma yükü 4-cü şkalada və cırılma zamanı uzanma isə 5-ci şkalada
öz əksini tapır. Bundan əlavə, tədqiqat zamanı diaqram lentində 6 cırılma əyrisi
diaqramı göstərilirDartılma zamanı parçanın uzanmaya başlamasının, hər şeydən
əvvəl, parçanın toxunmasında iştirak edən əriş və arğac saplarının bir-birlərilə
əyilməsi sayından birbaşa əlaqəsi vardır ki, bu da parçanın toxunma növü ilə
hesablanır. Məsələn, belə bir fikir təsdiq olunur ki, polotno toxunuşlu parçalarda
əriş və arğac saplarının bir-biri ilə dolaşması addımı daha yaxın olduğuna görə belə
parçalar dartılarkən digər növ toxunuşa malik olanlardan daha çox uzana bilir. Son
bəzək əməliyyatlarından sayılan enləşdirmə parçanın uzanmasını azaldır,
xovlaşdırma, bişirilmə, sıxlaşdırma əməliyyatları isə artırılır. Odur ki, əksəriyyət