Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
72
2.Komvol yun parçaların standartlaşdırılması və keyfiyyətinə nəzarət
Hazırda dünya ölkələrinin əksəriyyətində parça
sənayesi tərəfindən geniş
çeşiddə parça malları istehsal edilir. Bu parçalar lif tərkibindən asılı olaraq özlərinə
məxsus müəyyən xassələrə malikdirlər. İstehlak zamanı müəyyən tələbləri ödəyən
xassələr parçaların keyfiyyəti adlanır. Parçaların
keyfiyyət göstəriciləri, onların
təyini metodları, nümunələrin seçilməsi qaydaları müvafiq standartlarda göstərilir.
Standartların köməyi ilə müxtəlif istehsal müəssisələri tərəfindən buraxılan
parçaların keyfiyyət səviyyəsi bu standartların köməyi ilə qiymətləndirilir.
Standartlarda parçaların keyfiyyəti üzrə norma göstəriciləri vardır ki,
standartlaşdırmanın
köməyi
ilə
parçaların
gələcəkdə
də
keyfiyyətinin
yüksəldilməsi qarşıda duran əsas istiqamətlərdən birisidir.
Keçmiş SSRİ məkanında parça məmulatlarının standartlaşdırılmasına daha
ciddi fikir verilmiş və dövlət standartlaşdırma sistemi ilə genişləndirilmişdir. SSRİ-
də standartlaşdırma sistemi, o cümlədən parça sənayesində yüksək səviyyədə
inkişaf mərhələsi keçmişdir. Belə ki, 1924-cü ildə pambıq parça, ipək,
yun və
kətan parçaların standartlaşdırılması və müəssisələrin ixtisaslaşdırılması prosesinə
başlanmışdır. 1927-ci ildə qaba yundan xalis yun parçalarına
və dəyişək üçün
pambıq parçalarına aid ilk standartlar hazırlanıb təsdiq edilmişdir. Lakin ilk
vaxtlarda tərtib edilmiş standartlar pambıq parçaların keyfiyyətinə əsaslı
surətdə
təsir edə bilməmişdir. Çünki bu sənədlərdə ancaq mövcud keyfiyyət göstəriciləri
əks etdirilmişdir. Qeyd etmək lazımdır ki, ilk standartlarda parçaların
keyfiyyət
göstəricilərinə aid olan sürtünməyə qarşı, boyağının sabitliyinə qarşı normalar,
əzilmə göstəriciləri və s. kimi xassələr öz əksini tapmamışdır. Nəhayət, 1950-ci
illərdən sonra parça sənayesinə aid olacaq çoxlu sayda
standart və texniki şərtlər
hazırlanıb istifadəyə verilmişdir.
Ötən əsrin sonlarına yaxın bir neçə onilliklər ərzində parça istehsalı üçün
tamamilə yeni növ standartlar işlənib hazırlanmışdır ki, bunlar eyni təyinatlı qrup