Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə60/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   56   57   58   59   60   61   62   63   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

73 
parçalara aid olmaqla yeni növ parçaların istehsalına geniş imkanlar açmışdır. Belə 
standartlarda məhdudlaşdırılmış və mərhələli keyfiyyət göstəriciləri öz əksini 
tapmışdır ki, bu da parçaların keyfiyyətinin idarə olunmasına şərait yaratmışdır. 
Keyfiyyət göstəriciləri nomenklaturasının seçilməsi, parçaların təyinatından və 
istehlak şəraitindən asılı olaraq xassə göstəricilərinin miqdarı çox vacibdir. Odur 
ki, keyfiyyətin kompleks standartlaşdırılması və qabaqlayıcı standartlaşdırma 
sistemlərini bir-birlərindən fərqləndirmək çox vacibdir. Kompleks standartlaşdırma 
xammalın, köməkçi materialların, yarımfabrikatların, hazır məmulatların və parça 
istehsalına dair avadanlıqların qarşılıqlı əlaqələrinin yaradılmasını özündə əks 
etdirir. Parça sənayesində bu çox vacib olan haldır, çünki iplik, saplar, hazır 
parçaların keyfiyyət problemləri arasında hələ də fikir ayrılıqları vardır. Bütün 
bunlar isə parçanın keyfiyyət səviyyəsinin yüksəldilməsinə maneçilik törədən 
amillər sayılırdı. Qabaqlayıcı standartlaşdırma isə müəyyən vaxtdan sonra qüvvəyə 
mindikdə keyfiyyətə qarşı yüksək tələblərin mümkünlüyünü özündə əks etdirir. 
Hazırda parça mallarına dair dövlət standartları, sahələrarası standartlar və 
respublika standartları fəaliyyətdədir. Bunların içərisində parçalara aid texniki 
tələblər, ayrı-ayrı parça qruplarına aid, laboratoriya və sınaq üçün nümunələrin 
seçilməsinə, tədqiqat metodlarına, qablaşdırma, daşınma və saxlanmaya, müxtəlif 
istehlak xassələrinin qiymətləndirilməsinə aid, parçalara və onlardan istehsal 
olunan məmulatlara qulluq etmək, sortlaşdırılmaya aid dövlət standartları xüsusi 
əhəmiyyət kəsb edir. Bunlardan başqa, parça məmulatları üçün texniki şərtlər və 
texniki təsviretmə-normativ sənədlər də mövcuddur. Odur ki, parçalar keyfiyyətcə 
qəbul edilərkən, habelə ticarət müəssisələrində keyfiyyətə nəzarətedici hüquqi 
nizamlaşdırıcı aktlar əldə əsas kimi tutulur. 
İstehlakçılara keyfiyyətsiz parça mallarının təqdim edilməsinin qarşısını 
almaq üçün topdan satış bazalarında, ticarət birliklərində və mağazalarda 
keyfiyyətə nəzarət xalq istehlakı mallarının göndərilməsi və malların keyfiyyəti 
üzrə əsasnamənin şərtlərindən ciddi surətdə istifadə edilməlidir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin