Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə56/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   52   53   54   55   56   57   58   59   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

68 
Qeyd etmək lazımdır ki, parçaların dağılmaya qarşı davamlılığı, öz 
növbəsində, bir neçə amillərdən, o cümlədən sərf olunan lifinin, iplik və sapının, 
toxunması növündən, sıxlığından, səthinin xarakterindən 1m
2
-nin çəkisindən, 
bəzəndirilməsi növündən çox asılıdır. Belə ki, ədəbiyyat mənbələrindən göründüyü 
kimi, viskoz əsaslı kimyəvi liflərdən istehsal olunan parça asetat və triasetat 
liflərindən toxunan eyni təyinatlı parçalardan sürtünməyə qarşı davamlılığına görə 
bir neçə dəfə sürtünməyə malikdir. Müəyyən edilmişdir ki, tərkibində lavsan lifi 
olan kostyumluq yun parçaların sürtünməyə qarçı davamlılığı nitron qarışığı olan 
yun parçalardan xeyli yüksəkdir. Parçaların səthinin quruluşu da onların 
sürtünməyə qarşı davamlılığını xarakterizə edən amillərdəndir. Belə ki, görkəmli 
sovet alimləri sübut etmişlər ki, parçaların sürtünməyə qarşı dözümlü olması H-da 
onların xarici səthinin quruluşu həlledici rol oynayır. Belə ki, daranmış xovlu və 
xovlu toxunuşlu üz səthinə malik olan parçaların sürtünməyə qarşı davamlılığı 
hamar səthə malik olan parçaların sürtünməyə qarşı davamlılığı H-dan xeyli 
fərqlənir. Daranmış xovlu səthə malik olan parçalar sürtünərkən əvvəlcə xovlu 
səthdən sürtünmə baş verir, xovlu səth qatı yox olduqdan sonra isə sürtünmə əriş 
və arğac saplardan başlayır. Xovlu toxunmuş səthli parçaların xov qatı daranmış 
xovlu qata malik parçaların sürtünməsi xarakterinə yaxındır. Lakin xovlu 
toxunuşlu səthə malik parçalar sürtünərkən xov qatı yox olduqdan sonra onun 
xarici görkəmi daha da pisləşir ki, bu da onun xidmət müddətinə təsir edən 
amillərdən birisidir. Müəyyən edilmişdir ki, sürtünmə prosesində əvvəlcə saplarda 
sürtünmə baş verir. Lakin bərabər səthə malik parçalarda isə əriş və arğac 
saplarının eyni bir vaxtda sürtünməsi halları baş verir ki, bu da parçanın toxunması 
növündən çox asılıdır. Professor N.Q.Novikov müəyyən etmişdir ki, parçaların 
toxunmasında faza quruluşunun yekun etibarilə onların istehlak xassələrinin 
formalaşmasında həlledici rolu vardır. Əgər sürtünməyə məruz qalan saplar güclü 
gərfinlik altındadırsa və liflər saplarda güclü dartılıbsa, o zaman belə liflər daha tez 
dağılmaya məruz qalır. Belə ki, parçanın üzərində bir-birlərindən ayrılmış 
çıxıntılar vardırsa, belə parça daha tez sürtünüb dağılacaqdır. Odur ki, əriş və arğac 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin