Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 67
prosesi baş verir. Bu baxımdan da, birinci halda biz hər bir təsiredici amilin
parçanın dağılmasındakı rolunu və ikinci halda isə geyilməyə qarşı davamlılıq
halında ümumi fikir söyləyə bilərik. Mütəxəssislərin fikirlərinə görə parça
materiallarının müxtəlif səthlərlə sürtünüb dağılması prosesi 3 mərhələdə baş verir.
Birinci mərhələdə parça ilə sürtücü səth arasında sürtünmə əlaqəsi, ikinci
mərhələdə sürtünmə prosesinin mövcudluğu və üçüncü mərhələdə isə parçanın
dağılması baş verir. Başqa sözlə desək, əvvəlcə hər iki səth arasında qarşılıqlı
cəzbetmə (yapışma) hadisəsi, ikinci halda isə hər iki səthin qarşılıqlı sürətdə bir-
birlərinə nüfuz etməsi halı baş verir. Nəhayət, sürtünmə əlaqəsinin pozulması
müxtəlif hallarda ola bilər. Odur ki, toxuculuq mallarının sürtünməsi prosesində 2
vacib dağıdıcı amilin üzərində, yəni yorulma nəticəsində baş verən dağılmanın və
mikrodoğranma halının üzərində dayanmaq çox vacibdir. Belə ki, parçanın
yorulması nəticəsində baş verən dağılmada liflərin müəyyən sahəsində çoxsaylı
təkrar qatlanmalar baş verir və nəticədə liflərdəki fibrillər arasındakı əlaqə pozulur,
aralanma baş verir və nəticədə liflərin parçalanması baş verir. Adətən dağılmanın
sürəti yüksək olmur, yəni əvvəlcə liflər boşalır və sonra parçalanır. Sürtünmənin
ikinci halında baş verən mikrodoğranma halı o zaman baş verir ki, sürtünən hər iki
səth həm sərtliyinə və həm də bərkliyinə görə müxtəlif olmuş olsun. Ümumiyyətlə,
parçaların dağılması istismar prosesində yorulması hesabına baş verməklə burada
mikrodoğranma elementləri də iştirak edir.
Parçaların sürtünməyə qarşı davamlılığının qiymətləndirilməsi kriteriyası
(ölçüsü) bir neçə ola bilər. Dağılmaya qarşı davamlılıq müxtəlif amillərin miqdarı
ilə qiymətləndirilə bilər ki, bu amillər yekun etibarilə parçanın birbaşa dağılmasına
gətirib çıxarar, yaxud da parçanın dağılmasına sərf olunan işlərin miqdarı ilə də
ölçülə bilər. Parçanın dağılmasını onun çəkisinin dəyişilməsinə görə də, habelə də
onun davamlılığının azalmasına, habelə parçada qalıq deformasiyasının baş
verməsinə görə də qiymətləndirmək olar ki, bütün bu hallarda artıq həmin parça
materialını istismar etmək mümkün olmur.