Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
VESTİBO 8 mq, 16 mq tabletlər
VESTIBO
Tərkibi
Təsiredici maddə: hər tabletin tərkibində 8 mq və ya 16 mq Betahistin-dihidroxlorid vardır.
Köməkçi maddələr: povidon,
mikrokristallik sellüloza,
laktoza monohidrat, kolloidal silisium 4-oksid,
krospovidon, stearin turşusu.
Farmakoloji xüsusiyyətləri
Betahistinin təsiri daxili qulaqda və beyinin bəzi zonalarında yerləşən Н - v
1
ə Н
2
- histamin reseptorlarına
(xüsusi quruluşlar) təsiri nəticəsində meydana çıxır. О, mikrosirkulyasiyanı və kapillyarların keçiriciliyini
yaxşılaşdırır, daxili qulaqda yerləşən müvazinət orqanında endolimfanın təzyiqini normallaşdırır. Preparat
ürəyin işinə mənfi təsir göstərmir, bəzi hallarda arterial təzyiqin bir qədər azalmasına gətirib çıxara bilər. Bu
təsirlərin klinik təzahürləri başgicəllənmənin tezliyinin və intensivliyinin azalmasından, qulaqlarda küyün
azalmasından, eşitmənin azalması halında onun yaxşılaşmasından ibarətdir.