Əgər Vestibo preparatının qəbulunu buraxmısınızsa
Əgər Siz preparatın bir qəbulunu buraxmısınızsa, onu növbəti müntəzəm qəbul vaxtında qəbul edin.
Əlavə təsirləri
İstənilən dərman preparatı kimi,
Vestibo
da hər kəsdə olmasa da əlavə reaksiyalar törədə bilər.
Vestibo ilə müalicə zamanı müxtəlif orqan və sistemlərdə aşağıdakı tezliklərdə əlavə reaksiyalar
mümkündür:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-a qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir
(≥1/10000-dən <1/1000-ə qədər); çox nadir (< 1/10000), naməlum tezlikdə (mövcud məlumatlara görə
qiymətləndirmək mümkün deyil).
İmmun sisteminin pozğunluqları
Çox nadir - dəri səpgiləri və qaşınma.
Sinir sisteminin pozğunluqları
Naməlum tezlikdə - başağrısı və yuxuya meyillilik.
Mədə-bağırsaq pozğunluqları
Nadir - mədə-bağırsaq pozğunluğu, ürəkbulanma, dispepsiya (qıcqırma, yanğı, mədə diskomfortu).
Ürək pozğunluqları
Nadir - ürəkdöyünmə.
Tənəffüs, döş və divararalığı pozğunluqları
Nadir - mövcud bronxial astmanın simptomlarının kəskinləşməsi.
Dərinin və dərialtı toxumanın pozğunluqları
Nadir - dərinin iltihabı ilə, övrə və qaşınma ilə müşayiət olunan dəyişən dəri reaksiyaları.
Ümumi pozğunluqlar və yeridilmə yerində effektlər
Nadir - istilik hissi.
Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı
əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Dostları ilə paylaş: |