İstifadəsinə göstərişlər
Vestibo Menyer xəstəliyinin müalicəsi üçün istifadə olunur, hansı ki, aşağıdakı əlamətlərlə tazahür edir:
- başgicəllənmə (ürəkbulanma və/və ya qusma ilə);
- eşitmənin itməsi (eşitmənin pozulması);
- qulaqlarda küy.
Vestibo həm də vestibulyar başgicəllənmə adlandırılan tazahürün (müvazinət orqanının xəstəliyi nəticəsində
başgicəllənmə) müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Aşağıdakı hallarda Vestibo preparatını istifadə etməyin:
- preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya);
- feoxromositoma (böyrəküstü vəzinin şişləri, hansı ki, qan təzyiqinin yüksəlməsinə səbəb olur) - preparat
ağır hipertonik krizə (qan təzyiqinin həddindən artıq yüksəlməsi) gətirib çıxara bilər.
Xüsusi xəbərdarlıqlar
Aşağıdakı hallarda
Vestibodan
istifadə edərkən xüsusilə diqqətli olun:
- xorası olan pasiyentlər - müalicə zamanı dispepsiyanın (qıcqırma, yanğı hissi, ürəkbulanma, mədədə
diskomfort) inkişaf riski;
- bronxial astması, övrəsi, səpgisi və allergik zökəmi olan pasiyentlər (betahistinlə müalicə zamanı
allergiyanın simptomlarının pisləşməsi nəticəsində allergik xəstəlikləri olan pasiyentlər üçün yüksəlmiş risk
mövcuddur);
- qan təzyiqi aşağı olan pasiyentlər;
- histamin başağrısı (dövri) və miqreni olan pasiyentlər, betahistinlə müalicə zamanı tutmalara təkan
verilməsi təhlükəsinə görə;
- antihistamin preparatlar (allergiyanın müalicəsi üçün dərman vasitələri) qəbul edən pasiyentlər.
Dostları ilə paylaş: |