Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
65
Cədvəl məlumatlarından
göründüyü kimi, doğrudan da, parçanın
lif tərkibindən
asılı olaraq onların həm cırılmaya qarşı davamlılığa və həm də cırılması zamanı
uzanma göstəriciləri də müxtəlifdir. Bu bir daha yuxarıda deyilənləri sübut edir.
Belə ki, I və II variantda götürülmüş kostyumluq yun və yarımyun kamvol
parçaların səthi sıxlıq əmsalı
eyni olmaqla, onların cırılması zamanı əriş və arğac
üzrə davamlılıq
göstəricisi eyni deyil, məsələn, I variant kostyumluq kamvol
parçaların səthi sıxlığı 250-dən
az olsa da, götürülmüş hər üçü nümunənin erkən
cırılma yükü əriş üzrə 343, arğac isə 196 H-dir. Lakin parçanın səthi sıxlıq əmsalı
artdıqca, cırılma yükünün səviyyəsi də çoxalır. Yəni parçanın səthi sıxlığı 250-
310-a və 310-dan çox olduqda, müvafiq olaraq cırılma yükü əriş üzrə 343 və 392
H, arğac isə 245 və 294 H-ə bərabərdir. Buradan göründüyü kimi, başlanğıc halda
parçanın cırılmaya qarşı davamlılığı parçanın səthi sıxlığından,
yəni onun
toxunması növündən çox asılıdır.
Bildiyimiz kimi, kimyəvi liflərin əksəriyyəti təbii liflər nisbətən daha davamlı
olur. Bu isə, öz növbəsində parçaların mexaniki davamlılığının artırılmasında öz
əksini tapa bilir. Bu əlamət, doğrudan da, bizim öyrəndiyimiz bu təcrübədə də öz
əksini tapa bilir. Ədəbiyyat
mənbələrindən göründüyü kimi, yun lifinin nisbi
cırılma uzunluğu 22-40 cH/teksə bərabərdir. deməli,
kimyəvi liflərin yun
parçaların tərkibinə azacıq (20-25%) qatılması, öz növbəsində parçaların mexaniki
xassələrinə həlledici təsir göstərir. Belə ki, tərkibində lavsan lifinin olması kamvol
yarımyun parçasının cırılmaya qarşı davamlılığı 343-dən 392 H-ə qədər çatmışdır.
Bu, həm də arğac üzrə alınan nəticəyə aiddir. Eyni zamanda parçanın səthi sıxlığı
yuxarı qalxdıqca, onun cırılmaya qarşı davamlılıq yükü də çoxalır, yəni 392 H-dən
441 H-ə qədər artmağa başlayır. Deməli, lif tərkibindən asılı olaraq parçanın
cırılmaya qarşı davamlılığı da çoxalır. Bu dəyişilmə,
öz növbəsində xalis yundan
olan mahud parçalara da aiddir. Belə ki, bu parçanın (III variant) səthi sıxlığı 250-
dək olduğu üçün onun ərişi üzrə cırılma yükü 256 H, arğacı üzrə isə 176 H-dir.
Parçanın səthi sıxlığı çoxaldıqca, həm əriş və həm də arğac üzrə cırılma yükü də